Tabasaran rayonunun Marağa kəndində Həsənbəy Xıdırovun “Xatirələr” kitabının təqdimat mərasimi olub.

2024-cü il martın 1-də Dağıstan Azərbaycan Yazıçılar Birliyinin ildönümündə Tabasaran rayonunun Marağa kənd kitabxanasında Xıdırov Həsənbəy Paşalaroviçin “Xatirələr” kitabının təqdimatına həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.Müəllifi təbrik etməyə dostları, qohumları, həmkarları və bütün Azərbaycan poeziyasevərləri gəlmişdilər.

Tədbiri kitabxananın müdiri Abduləliyev Şixəhməd Məlikəhmədoviç aparırdı. Tədbir başlamazdan əvvəl Şıxəhməd Abduləliyev gecənin qonaqlarını təqdim etdi: Tahir Saleh — Dağıstan Azərbaycan Yazıçılar Birliyinin sədri, Kumalat Kumalatov — Tabasaran rayon Ağsaqqallar Şurasının sədri, Atəş Abdullayev – 2 nömrəli Marağa kənd orta məktəbinin direktoru, Muqutdin Əyubov — Rusiya Federasiyasının fəxri ümumi təhsil işçisi, Marağa 1 nömrəli tam orta məktəbin müəllimi, Abdulla Kuliyev — «Marağa» kənd qəsəbəsinin katibi, Qurban Xıdırov — müqavilə xidmətinin giziri və s. . Daha sonra aparıcı müəllif haqqında qısa məlumat verib.

Çıxış edənlər Tahir Saleh, Kumalat Kumalatov Xıdırov Həsənbəy Paşalaroviçin pedaqoji əmək veteranı olduğunu, ömrünün 45 ilini məktəbə həsr etdiyini bildirdilər. Kiçik yaşlarından Azərbaycan poeziyasını sevir, şeir yazır. Tarixi oçerk kimi “Marağa kəndinin tarixi səhifələri” kitabını da çap etdirib. Belə zəhmətli işin öhdəsindən hamı gələ bilmir. Müəllifə çətin işində daha böyük uğurlar arzuladıq.