Hər zaman öz gözəl və mükəmməl tamaşaları ilə, başqa şəhərlərdə də tamaşaçı rəğbəti qazanan Azərbaycan Dövlət Dram Teatrı. Bu dəfə uzaq Türkiyəyə, Beynəlxalq teatr festivalına qatılıb. Teatrın truppası martın 7-də (Türkiye) Balıkesirdə I-ci Teatr Festivalının açılışında, Azərbaycan dramaturqu İftixar Piriyevin pyesi əsasında səhnələşdirilmiş “Məhəbbətin tikanlı çevrəsi” tamaşası ilə iştirak ediblər. Tamaşanın quruluşçu rejisoru Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan teatrının baş rejissoru Sərvər Əliyevdir. Qeyd edək ki, festivalda ilk çıxış edənlərdən biri Azərbaycan Teatrı oldu, daha sonra isə yaxın və uzaq xarici ölkələrin teatr truppaları olub.
İki gənc anadangəlmə kor və onların bədbəxt sevgisindən bəhs edən «Məhəbbətin tikanlı çevrəsi» tamaşası kədərli mistik dram əsəridir. Tamaşanın əsas qəhrəmanları iki kor gənc, Ulduz və Umuddir. Kənd camaatı Ulduzla Umudun sevgisinə istehza edib gülür, əməllərinə görə Uca Allah onları cəzalandırır və onlar da kor olurlar. Kənd tikanlı məftillərlə əhatə olunub, sakinlər onun ətrafından keçə bilmirlər, amma kor Ulduz və Umud bu tikanlı dairədən keçə bilirlər. Və birdən dəhşətli bir şimşək çaxır, bu iki günahsız kor gəncin gözləri açılır və onların görmə qabiliyyəti yerinə gəlir. Amma kənd camaatı bu ilahi möcüzəyə inanmır. Kəndə qayıtmaq istəyəndə isə gözləri açıq bu tikanlı dairədən geri dönə bilmirlər, tikanlı dairədən tullanarkən ona toxunub əriyirlər.
Tamaşa çox möhtəşəm keçib, bizim aktyorlarımız parlaq oyunu, ora gələn qonağlarş və bütün iştirakçıları heyran edib. Tamaşaçılar əla aktyor oyunu ilə yanaşı, mükəmməl xoreoqrafiya və musiqi kompozisiyasının da şahidi olublar. Festivala çoxlu qonaqlar qatılıb, onların arasında Balakəsir (Türkiyə) şəhərinin rəhbəri Həsən Avçı da Azərbaycan Teatrının truppasını salamlayaraq, Dağıstanımıza da öz sevgi və ehtiramlarını göndərərək qeyd edib ki, «Türkiyə, Azərbaycan, Dağıstan qardaş xalqlardır, bizim bir mədəniyyətimiz var. Və buna görə də, belə festivallarda daha çox iştiram edərək, bir-birimizə daha yaxın, daha doğma oluruq».
Bu möhtəşəm çıxışın sonunda, Həsən Avcı Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdousi Əsgərova və teatrın baş rejissoru Sərvər Əliyevə aktyorların peşəkar oyunu və tamaşanın gözəl səhnələşdirilməsinə görə festivalın nominal simvollarını və teatrın diplomlarını təqdim edib. Truppa öz növbəsində Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdousi Əsgərov Balıkesir (Türkiyə) şəhərinin rəhbəri Həsən Avcıya göstərdiyi diqqətə və səmimi qəbula görə təşəkkürünü bildirib və Dağıstan Respublikasının mədəniyyət naziri Zarema Ajuyevna Butayevanın səmimi salamlarını çatdırıb. Həmçinin də Dərbənd şəhər dairəsinin başçısı Rüstəmbəy Sədrətdinoviç Pirmaqomedov adından Dərbənddən xatirə hədiyyələri təqdim ediblər.
Doğrudanda mədəniyyətimizin belə parlaq nümayişinə, biganə qalmaq mümkün deyil. Teatrımızın ayrı bir ölkədə, belə baş ucalığı ilə iştirakı və çıxışı insanın ürəyində qürur hissi oyadır. Gəlin teatrımıza, gələcəkdə bundan da böyük uğurlar diləyək.
M. Seyidov