Telman Nurməhəmmədov: Gəmimiz istənilən tapşırığa hazırdır

                     

   Leytenant Telman Nurməhəmmədov artıq bir ildir ki, “NARYAN-MAR” kiçik sualtı qayıq əleyhinə gəminin mina-torpedo başlığının komandiri vəzifəsində çalışır.

Hal—hazırda Arxangelsk vilayətinin Severodvinsk şəhərindəhərbi xidmətini davam etdirir. Onun tabeliyində 10 nəfər var. Onun komandasının heyəti daim ayıq-sayıqdır və gündəlik təlimlərdə və atıcılıq poliqonlarında potensial düşmənin hücumlarını dəf etmək və vətəni düşməndən qorumaq üçündöyüş bacarıqlarını təkmilləşdirir.

  Bu ilin aprel ayında ekipajın tərkibində döyüş tapşırıqlarını yerinə yetirmək üçün Kola körfəzində və Barentsevo dənizində olublar və burada əla nəticələr göstəriblər. Belə ki, gəmi daimdöyüşə hazır vəziyyətdədir və akvatoriyanın mühafizəsi üçünverilən bütün tapşırıqları yerinə yetirir.

  Telman bir neçə ildir Hərbi Dəniz Qüvvələrində xidmət edir. Bu müddət ərzində gənc leytenant öz gəmisinin heyətinin tərkibində dünyanın müxtəlif yerlərində — Sakit okeanda, Çində və s.olub.

   Məktəbdə Telman mənim ən yaxşı şagirdlərimdən biri idi və buna görə də mən onun Tabasaran rayonunun Yersi kəndindən olan valideynləri, Hacıməhəmməd və Müzdəlifə ilə birlikdə şagirdimlə fəxr edirik və Rusiyanın  Hərbi Dəniz  QüvvələriGünü ərəfəsində mən onu peşə bayramı münasibətilə təbrik edir, ona Vətənin qorunmasında bundan sonra da uğurlar arzulayıram. Biz yalnız silahlı qüvvələrimiz sayəsində dincsəma altında yaşayırıq.

Q.Ömərov