Turistlər gəlməkdə davam edir, Dərbənd öz gözəlliyi və qədimliyi ilə qonağları özünə heyran edib. Dərbəndin başı Qalasıdırsa, ayağı dənizdir. Turistlərin dediyindən. «Biz bir çox yerlərdə olmuşuq, amma bu şəhərin gözəlliyini heç yerdə görməmişik. Dərbənd həm qədimdir, həm də maraqlıdır. Divarları bir başqa aləmdir, hələ magallarının əyri-öyri dar küçələri. Bunlar isə, adamı lap valeh edir. Bir anlığ özümüzü, keçmişdə hiss edirsən. Qədim divarlar, qədim evlər. Hələ buradakı adətlər, mərasimlər başqa bir dünyadır. Vallah nə desək də, yenə də azdlr. Sözlə ifadə etmək olmur, çox gözəl yerdir».
Bunu Dərbəndin Məmmədbəyov küçəsində, samavar çayı içib istirahət edən turistlərdən eşitdim. Və bütün bu eşitdiklərimi, sizlərlə bölüşmək istədim.
Z. Dərbəndli