Ufada Beynəlxalq Kitab Sərgisi keçirilib


Dağıstan Respublikasının İnformasiya və Mətbuat Agentliyinin rəhbəri Abdurazak Camalutdinov Ufada keçirilən “Kitab-Bayram” Beynəlxalq Kitab Sərgisində iştirak edib. Kitabların Sərgi və Satışında müxtəlif respublika nəşriyyatları çap məhsullarını təqdim ediblər. Rəsul Həmzətovun 100 illik yubileyi çərçivəsində çapdan çıxmış seçmə əsərlərindən ibarət toplular ziyarətçilərin ixtiyarına verilib. Eyni zamanda, Abdurazak Camalutdinov Başqırdıstanın Mətbuat və Kütləvi İnformasiya Vasitələri Agentliyinin rəhbəri Maksim Ulçev ilə görüşüb. Tərəflər hər iki respublikanın departamentləri ilə KİV-ləri arasında daha sıx əlaqələrin qurulması, birgə informasiya layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər. Maksim Ulçevin sözlərinə görə, Başqırdıstanın paytaxtında kitab yarmarkasının keçirilməsi ideyası əvvəllər Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov tərəfindən dəstəklənib. Öz növbəsində Abdurazak Camalutdinov qeyd edib: “Tədbir dünyanın hər yerindən olan müəlliflərə, nəşriyyatlara, kitab mağazalarına və oxuculara təcrübə mübadiləsi aparmaq və kitab yayımı üçün yeni imkanlar tapmaq imkanı yaradır”.

A. Məmmədova