2023-cü il, Dağıstanın Xalq şairi, Rəsul Həmzətovun anadan olmasının 100 illiyi əsnasında. Rusiya Federasiyasının Prezidenti V. V. Putinin imzaladığı sərəncamla bu ili Rəsul Həmzətov ili olaran elan edib.
Doğrudanda bu bütün Dağıstanlılar üçün böyük şərəfdir. Çünki bu dağların oğlu Rəsul, Dağıstanı dünyaya tanıdıb. Bu da, bir respublika olaraq Dağıstan üçün böyük şərəfdir. Və bu münvalla da, bu il Dağıstanın hər bölgəsində məktəblərdə, bağçalar da belə şairin 100 illik xatirəsinə möhtəşəm tədbirlər təşkil edirlər. Belə təm-tərağlı tədbirlərdən biri də. Sentyabrın 5-i 2023 il, dağüstü Rükəl kəndinin klubunda. MKUK-nun “MTsBS” və “MKDTS” MKUK-nun kollektivi və Rükəl kəndinin klubunun vokal dərnəyinin feal iştirakçıları, məktəblilər.
Dağıstanın xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçiriblər. Tədbirdə Dərbənd rayonunun Mədəniyyət, Gənclər Siyasəti və Turizm şöbəsinin sədri Eldar Osmanov, “MKDTS” MKUK-nun direktoru Adil Quliyev, “MKBS” MKUK-nun direktor müavini Rimma Məmmədova, Rükəl kənd N. Əhmədov adına tam orta məktəbin direktoru Yadigar Mirzəxanov və başqa qonağlar da iştirak ediblər. MKDC-nin mütəxəssisləri. Rükəl kənd kitabxanasının oxucuları məktəblilər şairinin şeirlərini söyləyiblər, Rükəl klubunun vokal dərnəyinin üzvləri Rəsul Həmzətovun şeirləri əsasında hazırlanmış ən məşhur mahnıları ifa etdilər. «Durnalar», «Dolalay» və bir çox mahnıları sevə-sevə ifa ediblər. Tədbirə xüsusi dəvət olunan, Rükəldə dünyaya göz açan, öz kəndinin fəxri Azərbaycan Dövlət Dram Teatrının aktrisası və tanınmış şairə Zeynəb Dərbəndli R. Həmzətovun Azərbaycan dilinə öz tərcümələri ilə «Mənim Dağıstanım» mahnısını və şairin məşhur «Durnalar» mahnısını, bir də «Mehriban ana» mahnısını ifa edib. Şairənin oxuduğu «Mənim Dağıstanım» və «Mehriban ana» hər iki mahnının da musiqi müəllifi Astaralı tanınmış bəstəkar Elmir Mədətoğludur. Zeynəb Dərbəndli həm də, öz sözləri dostuğ «Dağıstan Azərbaycan» mahnısını da ifa edib. Həm Zeynəb xanımın, həm də məktəblilərin çıxışları tədbirdə iştirak edən bütün qonağların ürəyincə olub.
Ən maraqlısı da odur ki, öz çıxışı zamanı Adil Quliyev, məktəblərdə Dağıstan ədəbiyyatınına marağın çox olmasının lazımı olduğunu deməsidir. O qeyd edib ki, «Əziz Rükəl məktəbinin müəllim və şagirdləri. Siz bugün Dağıstanda hamının tanıdığı şairləri tanıyırsız. Rəsul Həmzətov bizim vizit kartımızdır. Amma Dağıstanın bir çox tanınmış və tanınmalı şairləri olub və indidə var. Sizin kəndinizdə dünyaya göz açan, hər kəsin sevimlisi, tanınmış şairə Zeynəb Dərbəndli var. Siz öz dərsliklərinizə onun yaradıcılığını əlavə etdə bilərsiz. Zeynəb xanım həm gözəl yazır, həm də sevilən müğənnidir. Onun şeirlərini əzbərləyin və oxuyun ki, bilməyənlər də bilsin, görsün ki, bu kəndin necə bir fəxr edilməli bir qızı var». Sonda bütün qonağlar, iştirakçılara təşəkkür sözləri ilə çıxış ediblər. Tədbirin sonunda isə bütün iştirakçıları Dərbənd rayon UKMPiT, MCBS, MKDC-nin Sədri «Təşəkkür namə» və «Fəxri fərman»larla təltif edib. Tədbir, sonda isə həm xatirə şəkilləri, həm də gözəl bir çay süfrəsi ilə yekunlaşıb.
H. Aslanov