Motoatıcı kazak briqadasının komandiri vəzifəsini icra edən podpolkovnik S.Prisak kənd sakini, layiqli Vətən müdafiəçisi yetişdirdiyinə görə Tabasaran rayonunun başçısı Maqomed Qurbanova təşəkkür məktubu göndərib. Məktubda Ukraynada xüsusi hərbi əməliyyatın iştirakçısı,Yersi kənd sakini , baş gizir Talim Alautdinoviç Nurmaqomedov barəsində deyilir:Bu, gənclər üçün xüsusi qürur və vətənpərvərlik nümunəsidir.
Briqada komandiri rayon rəhbərinə ünvanladığı məktubda vətənpərvərlər yetişdirdiyinə görə səmimi təşəkkürünü bildirir və Talim Nurmaqjmtdovun orduda xidmət etdiyi müddətdə əldə etdiyi nailiyyətlər barədə məlumat verir.
“Hörmətli Maqomed Sirajutdinoviç! Sizin həmyerliniz Nurmaqomedov Talim Alautdinoviç şərəf və ləyaqətlə, əlində silah, Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə ona həvalə edilmiş tapşırıqları yerinə yetirir, dinc əhalini, qadın və uşaqları, qocaları və Böyük Vətən Müharibəsi veteranlarını Bandera faşistlərindən qoruyur. Sizə təşəkkür edirik ki, hərbi xidmətin bütün məşəqqətlərinə baxmayaraq, məhz Sizin tərbiyəniz və dəstəyiniz sayəsində baş gizir Nurmaqomedov dövlətə, ailəsinə, qohumlarına və dostlarına etibarlı dayaq olaraq qalır və bütün gücünü hərbi xidmətə sərf edir. Rusiyanın milli maraqlarının qorunmasını təmin edir. Ölkəmiz haqlı olaraq həmyerlinizlə fəxr edə bilər”, — mətndə deyilir.