Vətənin nümunəvi oğulları

Vətən uğrunda,vətənin azadlığı və ədaləti, ölkəsinin əmin-amanlığı və təhlükəsizliyi uğrunda vuruşan oğullarımızın sayı gündən-günə artaraq qürur hissimizi daha da yüksəldir. Bu xüsusiyyət dağıstan igidlərinin qanında və canındadır.Qəzetimizin, demək olar ki,hər nömrəsində,millətindən asılı olmayaraq dağıstanlı gənclərin qəhrəmanlığından,döyüş meydanında göstərdikləri şücaətlərdən danışarkən, yazılar dərc edərkən, sözün əsl mənasında,qürur duyuram,onların hər birini ayrı-ayrılıqda bağrıma basıb alnından öpərək onları böyüdüb tərbiyə edən analarına vətənpərvər gənc,əsl vətəndaş böyütdükləri üçün qarşılarında baş əymək ,onlara minnətdarlığımı bildirmək istəyirəm.Çünki Vətən belə oğulları ilə fəxr edir!

Bu yazımda da məhz belə oğullardan üçü barəsində sizlərə məlumat verməyi özümə borc bildim.
Dağıstanın hünərli vətənpərvər oğullarından üçü XHƏ zonasında cəsarət və dəyanət göstərdiklərinə görə ordenlə təltif ediliblər. Xüsusi hərbi əməliyyat zamanı hərbi borcunu yerinə yetirərkən göstərdiyi şücaət, cəsarət və fədakarlığa görə Dərbənd şəhərindən olan Artem Abdullayev “Şücaət” ordeni ilə təltif edilib. Ukraynada XHƏ-da iştirak edən,əslən Buynakski rayonundan olan döyüşçü Aydemir Mamayev isə Jukov medalına layiq görülüb. Üçüncü mükafat Dərbənd rayonunun Vavilovo kəndindən olan, ayrıca xüsusi təyinatlı dəstənin tibb məntəqəsinin feldşeri, Suvorov medalı ilə təltif edilmiş gizir Maqomed Bataşev olub.
Əziz vətən oğulları, Siz gələcək nəsillərə gözəl nümunəsiniz,örnəksiniz! Allahdan sizə sağlam ömür və xoşbəxt həyat arzulayırıq!
Salixova S.