“Vahid Rusiya” Dərbənd rayon üzvləri “Uşağı məktəbə yola salın” kampaniyasına qoşulub.


“Vahid Rusiya”nın Dərbənd regional yerli şöbəsinin katibi adından rayon rəhbəri Mövsüm Rəhimov, partiya üzvləri, deputatlar və fəallar “Uşağı məktəbə yola salın” Ümumrusiya aksiyasına qoşulublar. Bu barədə “Vahid Rusiya” VPP DRO-nun icraiyyə komitəsinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, avqustun 21-də Ullu-Tərkəmə kəndindəki “Çiyələk” uşaq bağçasında “Vahid Rusiya”dan rayon Məclisinin deputatı Firuzə Hacıyeva aksiya çərçivəsində bayram ab-havasında bütün məktəblilərə içrisisində məktəb ləvazimatları ilə dolu məktəbli bel çantaları verib. uşaq bağçası məzunları və XHƏ iştirakçılarının uşaqları da daxil olmaqla 20 uşağa bu çantalar təqdim olunub.
Xeyriyyə tədbirində partiyanın yerli təşkilatının icra katibi Nuritdin Mirzəyev, rayon təhsil şöbəsinin müdiri Sona Hacıbəyova, Ullu-Tərkəmə kənd icra başçısı Tofiq Sultanov və başqaları iştirak ediblər.
Bütün iştirakçılar üçün özfəaliyyət tamaşalarından ibarət konsert təşkil edilib.
Bundan əlavə, bağçanın kollektivinə və valideynlərə “Vahid Rusiya” partiyasının xatirə hədiyyələri təqdim olunub. Çıxış edən valideynlər bu aksiyanın təşəbbüskarı olduğu üçün partiyaya və uşaqların məktəbə hazırlanmasında göstərdiyi köməyə görə rayon Məclisinin deputatı Firuzə Hacıyevaya minnətdarlıqlarını bildiriblər. Partiyanın yerli şöbəsinin icra katibi Nuritdin Mirzəyev “Bütün səviyyəli deputatların və partiya fəallarının vəzifəsi çətin həyat vəziyyətinə düşmüş insanlara yaxın olmaqdır” deyə qeyd edib.
Əlikbər Qardaşov