Artıq 4 ili ötür ki, viruslar öz importnıy adları ilə bizlərin həyatımıza hücum edirlər. Əvvəl Koronavirus, rotavirus, nə bilim nə, indi də donuz virusu asılıb yaxamızdan. Bu viruslar hər gəlişində, imuniteti zəyif olan bir çox insanı yataq xəstəsi halına gətirib çıxarır. Korona dövründə peyvənd edilən bir çox insanlar, peyvənd edilməyənlərlə bir yerdə çalışdığları üçün, tekrar xəstələnsələr də, deyilənə görə xəstəlik bir az yüngül keçib.
Hal-hazırda donuz hrippi baş alıb gedir, bağça uşağından tutmuş, ahıl insanlara kimi hamının organizminə öz virusunu yeridə bilib. Odur ki, bol sarımsaq, limon, qaynanmış su, əlləri tez-tez yumaq vacibdir. Çoxsaylı insanların xəstələndiyi söylənilir, sərnişin daşıyan marşrutlara minərkən hər kəs öz sağlamlığını düşünərək masqadan istifadə etsin. Çoxlu insanların olduğu yerlərin, qapı-pencərələrinin açılıb otaq havasını mütəmadiyən dəyişilməsi gərəkdir. Özü-özümüzü qorumalıyıq, çünki hələ bu virus bəlası çox başımızı ağrıda bilər.
H. Aslanov