Dağıstanın Səhiyyə nazirliyindən verilən məlumata görə respublikada COVİD- 19-la bağlı ağır formada xəstələrin sayı artmaqdadır.
Dağıstanda koronavirusun ağır forması ilə qeydə alınan xəstələrin sayında yüksək artımın müşahidə olunması davam edir.
“ Yeni koonaviruslu xəstəliklə əlaqədar respublikada qeyri- sabit şərait hökm sürməkdə davam edir.Son zamanlar COVİD-19- un ağır forması ilə xəstəxanaya daxil olanların sayı xeyli çoxalıb,daxil olanlarda 70-80 faiz ciyər toxumaları zədəli haldadır”- xəbəri diqqətə çatdırıldı.
Dağıstanın əhalisi koronavirusla bağlı təhlükəsizlik qaydalarına “olduqca məsuliyyətsiz”yanaşır, 300-500 adamla toy, yas məclisləri, ailəvi tədbirlər keçirir, sosial məsafə gözlənilmir, şəxsi qoruyucu vasitələrdən də istifadə edənlərə demək olar ki, rast gəlmək mümkün deyil.
Bununla əlaqədar Səhiyyə nazirliyi bələdiyyələrin ünvanına müraciət yollayaraq onlardan bu barədə müvafiq qaydaların sərtləşdirilməsinə dair nəzarəti gücləndirməyi xahiş edib. “Bu günün diqqətsizliyi sabah fəlakətlə nəticələnə bilər”-deyə şöbənin mətbuat xidməti xəbərdarlıq edib.