Xatirə lövhələrinin açılışı olub

 

Mayın 20-də Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda həlak olan qəhrəmanların şərəfinə Gecux kənd orta məktəbin fasadında xatirə lövhələrinin açılışı olub.

Adlar tarixə əbədi həkk olunub: Xeyrullayev İbrahim Xeyrullayeviç və Yarəhmədov Səid Səidxanoviç. Anım tədbirində həlak olanların yaxınları, Dərbənd rayon icra başçısı Mövsüm Rəhimov, Vahid Rusiya Partiyasından olan bələdiyyə deputatları, müəllimlər, məktəb şagirdləri iştirak ediblər. Dövrümüzün qəhrəmanları Dərbənd rayonunun bütün sakinlərinin fəxr etdiyi rusiya əsgərləridir. Mitinq Rusiya Federasiyasının və Dağıstan Respublikasının himnlərinin səsləndirilməsi ilə başlayıb.

Xatirə lövhəsinin açılışı hüququ Dərbənd rayon icra başçısı Mövsüm Rəhimov və həlak olanların yaxınlarına verilib. “Məktəbimizin Vətənimizin azadlığını və müstəqilliyini müdafiə edən şagirdlərinin xatirəsini yaşatması vacibdir. Bu xatirə üçün təşəkkür edirəm! Dövrümüzün Qəhrəmanlarının valideynlərinə layiqli oğullar — Vətən müdafiəçiləri yetişdirdiklərinə görə minnətdarlığımı bildirirəm. Bizim və gələcək nəsillərin borcumuz ölənlərin əbədi xatirəsini yaşatmaqdır.

Həmyerlilərimizin şücaət və mətanətini, şücaətini və vətənpərvərliyini unutmağa haqqımız yoxdur!”, — deyə Dərbənd rayon İcra Hakimiyyətinin başçısı Mövsüm Rəhimov bildirib. Toplaşanlar əsgərlərin xatirə lövhələri önünə gül dəstələri düzüb, Ukrayna ərazisində keçirilən xüsusi hərbi əməliyyat zamanı hərbi borcunu yerinə yetirərkən həlak olanların hamısının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.