XATİRƏ LÖVHƏSİ AÇILDI

Yanvarın 14-də Dərbənd rayonunun başçısı Mövsüm Rəhimov Dərbənd, Daqestanskiye Oqni və Dərbənd rayonunun hərbi komissarı Adil Əli-İslamoviç Quliyevin yaşadığı evin fasadında onun xatirəsini yad etmək üçün xatirə lövhəsinin açılışına həsr olunmuş tədbirdə iştirak etmişdir.
Adil Quliyevin xatirəsini yad etmək üçün buraya Dərbənd rayonun başçısının müavinləri, Dərbənd rayon deputatlar İclasının sədri Majmutdin Səmədov, Dərbənd rayon İctimai Palatasının sədri Fətulla Fətullayev, Dərbənd ictimai birliyi rəhbərinin müavini Vidadi Zeynalov, Dərbənd şəhər deputatlar İclasının sədri Maqomed Maqomedov, Dərbənd şəhər İP-nın sədri Seyran Rəhimov, gənc əsgərlər, mərhumun yaxınları və dostları toplaşmışdılar.
Xatirə lövhəsini açmaq hüquqi rayon başçısı M.Rəhimova, V.Zeynalov və S.Rəhimova verildi.
“Hamının vaxtı xeyrli olsun! Təəssüf ki, bu gün hamımız çox kədərli bir hadisəni qeyd etməyə toplaşdıq. Bu gün Adil Əli-İslamoviçin qohumları, dostları onun xatirəsini ehtiramla yad etmək, bu şəxsin xatirəsinə dərin hörmətlə yanaşmaq üçün buraya yığışmışlar. Sədaqətli bir dost, həmkar, ailəcanlı, məsləhətçi idi. Onun haqqında çox şey danışa bilərik. O mənim ən yaxın dostum idi və həyata keçirdiyi bütün öhdəliklər gənc nəslimizin, övladlarımızın işə qəbul olunmalarımızın, veteranlarımızın özlərini rahat hiss etmələri və şəhərimizin, rayonumuzun, respublikamızın layıqli insanları olmasını təmin etmək məqsədini daşıyırdı. Təəssüf ki, bu gün kədər günüdür. Adil Əli-İslamoviç parlaq xatirəsi qəlbimizdə əbədi qalacaq!”,-deyə rayon başçısı qeyd etmişdir.
Mərasimin sonunda iştirak edənlər xatirə lövhəsinin qarşısına gül dəstələri qoyaraq, Dərbənd, Daqestanskiye Oqni və Dərbənd şəhərlərinin hərbi komissarı Adil Quliyevin xatirəsini bir dəqiqəlik cükutla yad etmişlər.
Tədbir bütün sanitariya və epidemioloji stansiyalara və Rospotrebnadzorun tələblərinə uyğun olaraq həyata keçirildi.
Hazırladı: Amaliya Ağakişiyeva