Yarım əsirli ömür

Bugün, may ayının 22-si, dəyərli bir xanımın doğum günüdür. Bela Bilalovna Aslanova. 1974-il, Dərbənd şəhərində, ziyalı ailəsində dünyaya göz açıb.

Bu yarım əsirlik ömründə, Bela xanım həyatını xalqın xidmətinə həsr edib və bunu da layiqincə bacarıb. Bugün o, öz 50 illik yubileyini, onu sevənlərlə bir arada qeyd edir. Biz də, «DƏRBƏND» respublika qəzeti olaraq. Bütün kollektivimiz adından, Bela xanımı ürəkdən təbrik edirik. Ona dünyanın ən şirin neməti olan can sağlığı, qadın saadəti, işlərində uğurlar, uzun, gözəl və mənalı ömür arzulayırıq.


Dərin hörmətlə, «DƏRBƏND» respublika qəzetinin kollektivi