Bu barədə Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov bu gün Operativ Qərargahın iclasında məlumat verib.
O xatırladıb ki, bu günədək respublikaya 154 Fələstin sakini gəlib, onlardan 82-si 18 yaşdan aşağıdır və onlar dənizkənarı istirahət mərkəzlərindən birinin ərazisində məskunlaşdırılıblar. “Əmək qabiliyyəti olan insanların ümumi sayı 70 nəfərdir.
Hər kəs həkimlər tərəfindən müayinə olunub və ilkin tələbatla təmin olunub. Müvəqqəti yerləşdirmə mərkəzində daimi olaraq psixoloq işləyir, lakin həmkarların bildirdiyinə görə, gələn vətəndaşların vəziyyəti, əhval-ruhiyyəsi, onların ətrafında yaradılmış mühit müsbətdir”.
Abdulmuslimovun sözlərinə görə, həmçinin bu vətəndaşlarla Rusiyadakı hüquqi statusunun, daxili və xarici pasportların alınması imkanlarının müəyyənləşdirilməsi istiqamətində zəruri işlər aparılır. Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları bilavasitə müvəqqəti yaşayış məntəqəsində Rusiya daxili pasportlarının verilməsi, pasportlarının sonrakı sənədləşdirilməsi ilə şəxsiyyətin müəyyən edilməsi prosedurunun aparılması üçün ərizə və digər zəruri sənədləri qəbul edirlər, habelə əvvəllər itirilmiş pasportun bərpası üçün.