Yeni rəhbər təyin edilib


İslam Musayev Dağıstanda Regional İdarəetmə Mərkəzinin yeni rəhbəri təyin edilib. Regional İdarəetmə Mərkəzinin kollektivi ilə onu Dağıstanın Başçısı və Hökumət Administrasiyası rəhbərinin müavini, Dağıstan Respublikası rəhbərinin İnformasiya Siyasəti və Mətbuat Xidmətinin rəhbəri Rəşid Akavov tanış etdi. İslam Musayev bundan əvvəl Dağıstan Respublikası rəhbərinin İnformasiya Siyasəti Departamentinin şöbələrindən birinə və mətbuat xidmətinə rəhbərlik edib. Bundan əvvəl o, Respublika MFS-də çalışıb(asan xidmətdə), gördüyü işlər sayəsində, o cümlədən MFS-də Dağıstan müxtəlif müsabiqələrin qalibi olub və Rusiyada ən yaxşısı kimi tanınıb. RİM-nin əsas vəzifəsi əhali ilə hakimiyyət orqanları arasında əks əlaqənin təmin edilməsidir: mərkəz vətəndaşların problemli məsələlərini müəyyənləşdirir və səlahiyyətli orqanlar tərəfindən operativ reaksiyanı təmin edir. “Prioritet sosial şəbəkələrdə vətəndaşların müraciətlərinə səlahiyyətli orqanların reaksiya sürətinin artırılmasıdır. Biz əks əlaqə xidmətlərinin özlərini fəal şəkildə təbliğ etməyi və müvafiq məlumatları vətəndaşlara çatdırmağı planlaşdırırıq: sərfəli ödənişlər və güzəştlərdən tutmuş yalan məlumatların təkzibinə qədər. Biz dövlət işçilərinin internet kommunikasiyaları ilə işləmək bacarıqlarının artırılmasına xüsusi diqqət yetirəcəyik”, — deyə İslam Musayev tg-kanalımız üçün prioritet vəzifələrə münasibət bildirib.
S. Salixova