Yeni təyinat

Mahaçqala şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən Nəriman Temurkayev 6 sentyabr 1991-ci ildə Xasavyurt rayonunun Aksay kəndində anadan olub.
DDU-nu “ Hüquqşünaslıq”, Dövlət Hüququ ixtisası üzrə bitirib. 2019-cu ildə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasını bitirib.
Müxtəlif vaxtlarda “Qazprom . Dağıstan Qazpaylayıcı ” MMC-nin aparıcı hüquq məsləhətçisi, 2018-2021-ci illərdə Dağıstan Respublikası Xalq Məclisinin 6-cı çağırış deputatı, Tikinti, Mənzil və Kommunal Təsərrüfat Komitəsinin Nəqliyyat və Rabitə üzvü, 2018 — 2021 — Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası yanında Gənc Qanunvericilər Palatasının üzvü olub.
İndiyədək Mahaçqala şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini olub.
S. Salixova