Azərbaycan Dövlət Dram Teatrı son vaxtlar dərbəndlilərin və şəhərimizin qonaqlarının böyük həvəslə ziyarət etdiyi məkanlardan birinə çevrilib. Bunun başlıca səbəbi tamaşaçıların marağına səbəb olan tamaşaların teatrın səhnəsində geniş yer almasıdır.Baxmayaraq ki,kollektivin binası hələ hazır deyil,Onlar hazırladıqları tamaşaları başqa teatrın səhnəsində tamaşaçılarına təqdim edirlər,bu heç də onları tamaşaçılarından uzaq olmasına səbəb olmur,əksinə onlar çox böyük həvəslə öz işlərinin peşindədirlər. Yeri gəlmişkən,elə bu yaxınlarda,aprelin 7-də Azərbaycan Dövlət Dram Teatrının kollektivi növbəti işini öz kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutub.Yeni tamaşanın- A.E.Suteyevanın müəllifi olduğu,Yaqut xanım Xandadaşovanın quruluş verdiyi “Kirpi və xoşbəxtlik” uşaq nağılının təqdimatı olub.Tamaşanın quruluşçu rəssamı Naidə Əhmədova, musiqi tərtibatçısı isə Sevda Bəybəlayevadır. Nağılın əsas ideyasına gəldikdə belə bir fikrə gəlmək olar ki,xoşbəxtlik-xeyirxahlıq,dostluq,biri-birinə yardım və hamının evdə olmasıdır. Ümid edirik ki, tamaşaçılar yeni ərsəyə gətirdiyimiz tamaşanın üzərində çəkdiyimiz zəhmətimizi layiqincə qiymətləndirəcək.Bədii Şuranın yekdilliklə qəbul etdiyi tamaşanın ən çətin imtahanı isə qabaqdadır-gənc tamaşaçıların qarşısında-Dağıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi,Teatrın rəhbəri Firdousi Əsgərov tamaşa haqqında belə söylədi. Biz də ilk növbədə tamaşanın yaradıcı heyətini təbrik edirik,gələcəkdə onlara daha böyük uğurlar arzulayırıq!
Salixova S.