İyun ayının 4-də Azərbaycan Dövlət dram teatrında yeni tamaşanın müzakirəsi teatrın ictimai və bədii şurasının , gələn qonaqların, həmkarların müzakirəsinə təqdim olunmuşdu. İyun ayının 15- də isə sözü gedən tamaşanın premyerası oldu. “Bağışla”tamaşasına Gürcüstan yazıçısı Şota Çkaduanın “Kukla”(“Gəlincik”) eyni adlı pyesi əsasında DR xalq artisti,dövlət mükafatı laureatı, quruluşçu- rejissor Cumakayev Baysoltan Ataqişiyeviç quruluş vermişdir.Süjetdə Qafqaz xalqlarının həyatındakı tipik bir hekayə- ata və oğul problemi,sevgi və təəssübkeşlik problemi ortaya qoyulmuşdur.Əsərin baş qəhrəmanı seçim qarsısındadır:anası yoxsa sevdiyi qız.Tamaşaya quruluş verən rejissorun dediyinə görə bu tamaşaya bir çox milli teatrlar müraciət ediblər,başqa-başqa illərdə tamaşaya hazırlayıblar.O isə əsərin yaşına baxmayaraq süjet xətti bu gün də aktual olduğu üçün zəmanəmizin gerçəkliklərini tamaşaya gətirməyə çalışıb. Tamaşa bədii şura tərəfindən yekdilliklə teatrın repertuarına qəbul edildiyinə görə elə premyersı da tezliklə baş tutdu ,doğrusu, çox sevindik. Ümid edirik ki, bu tamaşa tamaşaçılarımızın həyata nikbinlik və ümidlə baxmasına kömək edəcəkdir.Əsas odur ki, vaxtında sevilən bir insan olduğunu anlamaq və nə olursa olsun onu itirməməkdir.
İlk baxışdan hər şey çox sadə görünsə də,əslində belə deyil.Cavan oğlan ürəkdən sevdiyi bir qızla rastlaşır və onunla evlənməyə hazırlaşır.Lakin anası qətiyyən bu izdivaca razı olmur.Gənc oğlan anasına izah etməyə çalışır ki, onun sevdiyi qız var və o qızla həyatını qurmağa çalışır.Lakin anası qəti surətdə buna razılıq verməyəcəyini bildirərək,bu yolla tək oğlunun üç dəfə uğursuz evlənməsinin səbəbkarı olur. Tamaşa boyunca baş verən bir çox faciəli və komik vəziyyət yaranır.Lakin bu açıq yüngüllüyün arxasında , incə, istehzalı və hətta bir balaca qorxu hissi ilə fərqli nəsillərin nümayəndələri arasındakı münasibətlərin problemləri ortaya çıxır.Aktyorlar çox məharətlə istedadlarını və tamaşaçıların zövqünü oxşayan böyük dramaturgya nümayiş etdirdilər.Azərbaycan Dövlət dram teatrının direktoru Firdovsi Əsgərovun dəvəti ilə tamaşada iştirak edən “Dərbəd şəhər”ərazi dairəcindən xalq nümayəndələri Susanna Mirzəxanova-Feyziyeva,N.Baqirov,P. Nemətullayev, İslam Kazimov,Deputatlar yığıncağının Təşkilat şöbəsinin müdiri Ruqiyə Nadırova,ictimai xadimlər və media nümayəndələri və s. Deputat korpusu adından şıxış edən Susanna Mirzəxanova-Feyziyeva R.N. teatrın kollektivini təbrik edərək onlara yaradıcılıq uğurları arzuladı.Teatrın kollektivinə böyük rəğbət bəslədiyini, onların bütün tamaşalarında iştirak etdiyini də vurğuladı. Tamaşa Rospotrebnadzorun bütün tövsiyələrinə ciddi əməl olunmaqla keçirildi.
Tamaşanın premyerası uğurlu keçdi.Biz də bir tamaşaçı olaraq Azərbaycan Dövlət dram teatrının kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Arzu edirik ki, teatrın kollektivi tezliklə tamaşalarını başqa teatrların səhnələrində deyi,, öz döğma-Azərbaycan Dövlət dram teatrının cəhnəsində göstərsinlər.
N.Rəhim qızı.