May ayının 2-də Dərbənd şəhirinin Mərkəzi Kitabxanasının oxu zalında Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Bütün zamanların və xalqların şairi” adlı ədəbi-musiqili gecə keçirilib. Gecəni kitabxananın 3 saylı filialının kitabxanaçısı Z.N. Fərhatova, Dərbənd şəhəri 6 npmrəli internat məktəbinin müəllimləri Rafinat Kamalutdinovna Nurəliyeva 6- «b» sinfinin sinif rəhbəri Gülsana Feytullayevna Abdurəhmanova bərabər hazırlamışdılar.
Tədbirdə 6-8-ci sinif şagirdləri iştirak edirdi. Uşaqlar Rəsul Həmzətovun şeirlərini çox gözəl və həvəslə oxudular, onlar həm də avar rəqsini də təqdim etdilər. Şairin “Dağ yollarında” şeirləri əsasında mahnı oxudular. Dağıstan övladlarını təmsil edən “İgid oğlan” nağılını da nümayiş etdirdilər. Bu möhtəşəm gecənin qonağı nəğməkar şairə, müğənni Zeynəb Dərbəndli idi. O da Rəsul Həmzətovun sözlərinə öz tərcüməsi ilə “Durnalar” və yenə də tərcüməsi özünə, musiqisi Azərbaycanlı bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi «Mınim Dağıstanım” mahnılarını Azərbaycan dilində ifa edib. Tədbirin sonunda, Dərbənd şəhəri Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru, DR əməkdar mədəniyyət işçisi Diana Hafizovna Əliyeva yekun nitqi ilə çıxış edib. O, gecənin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkür edib və sertifikatlar təqdim edib.
H. Aslanov