Aprelin 24-də Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Əskəndərovun təşəbbüsü ilə Karabudaxkənd rayonunun Manas kəndindən 4 yolsuzluq avtomobiliXHƏ zonasına yola salınıb.
“Niva” markalı avtomobillər hərbi ehtiyaclar üçünrespublika parlamenti sədrinin şəxsi vəsaiti hesabına alınıb. Onlar Rostov vilayətinə göndəriləcək və oradatəyinat yerlərinə uyğun olaraq paylanacaqlar. Bu cüravadanlıqlara ön cəbhədə böyük tələbat var, avtomobillər yaralıların təxliyyəsində və tibbixidmətlərin işində kömək edəcək.
Bundan əvvəl Dağıstan Respublikası Xalq Məclisinin sədri maşınla döyüş bölgəsinə gedən könüllü deputatAbdulla Maqomedova “Niva” markalı avtomobilinaçarlarını təqdim edib.
“Dağıstan rəhbəri Xalq Məclisinə müraciətində xüsusihərbi əməliyyat iştirakçılarının və onların ailə üzvlərinin dəstəklənməsinə xüsusi diqqət yetirib. Qeydetmək lazımdır ki, parlament deputatları müntəzəm olaraq XHƏ iştirakçılarına humanitar yardım göstərir, onların yaxınlarına dəstək olur, problemlərin həllinə köməklik göstərirlər. Biz bu işi davam etdirəcəyik, çünki indi ölkəmizin mənafeyini qoruyanların qayğısına qalmaq bu günün əsas vəzifələrindən biridir”, — deyə Zaur Əskəndərov vurğulayıb.
H. Aslanov