Özü balaca olsa da, tarixi böyük olan Dağıstanımız çox millətliliyi ilə tanınır. Burada 40-a yaxın millət yaşayır, hər biri də öz dilini və mədəniyyətini qoruyub saxlamaqdadır. Bu yerli millətlərdən biri də, yerli Azərbaycanlılardır. Uzun illər Dağıstan ədəbiyyatında azərbaycanlıların yazarlarının əsərləri yer almırdı. Demək olar ki, heç onların varlığından xəbərsizdilər.
Nəhayət ki, 2015-ci ildə, Dərbəndə Rusiyanın paytaxtı Moskva şəhərindən bir qrup şair və yazar gəlmişdi. Bu gəliş, öz doğma azərbaycan dilində yazan şairlərin bu ölkədə tanınmağına səbəb oldu. Onların yazılarının Moskvaya göndərilməsinə qərar verildi. Və beləcə də, onların ədəbiyyata yolu açıldı. İlk Rusiya və Dağıstan Yazıçılar Birliyinə üzvlükləri irəli sürüldü. Azərbaycanlı yazarlardan dörd nəfər Zeynəb Dərbəndli, Tahir Saleh, Fəxrətdin Oruc və Təhmiraz İmamov bu birliyə üzvlük vəsiqələrini aldılar. Və bələliklə də, onların Rusiya və Dağıstan ədəbiyyatına yolları açıldı.
2017-ci ildə, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ön sözü və imzası ilə çapdan çıxan «Poeziya» adlı 3 kilo çəkisi olan antologiyada Zeynəb Dərbəndli, Tahir Saleh və Fəxrətdin Orucun şeirləri yer aldı. Bu hadisə, yerli azərbaycan yazarlarının ən böyük uğuru və sevinci oldu. Bu kitabların Dərbəndə gəlişi, yazarlar üçün bir bayram oldu. Çünki artıq onlar, öz doğma vətəninin ədəbiyyatına daxil olmuşdular. Bu isə sözün əsil mənasında, böyük bir uğur idi.
Artıq bu kitab antologiya 5 ildir ki, öz uğurlu çapını davam etdirir. İlk «Poeziya», ikinci «Uşaq ədəbiyyatı», «Həkayələr», «Dramaturgiya» və bu il yenicə çapdan çıxan «Bədii nəsirlər» antologiyası. Bu ilki antologiyada bizim yerli azərbaycan şair və yazarları Zeynəb Dərbəndli və Fəxrətdin Orucun bədii nəsrləri daxil olub. Kitabı hazırlayanlar,
Birləşmiş Humanitar Elmlər Nəşriyyatı. Rusiya Xalqlarının Milli Ədəbiyyat Komitəsi və kitabın baş redaktor, Maksim Amelin.
Artıq 5 ildir bu kitab çap olunur, bu kitabda Rusiyada yaşayan bütün xalqlar kimi, Azərbaycan yazarları da öz yerlərini tuta biliblər. Bu münasibətlə bu kitabda çap olunan bütün yazarları, başda Dərbənd azərbaycan şairləri Zeynəb Dərbəndli və Fəxrətdin Oruca uğurlar diləyirik.
M. Seyidov