Bizim teatrımız


Hər il, Azərbaycan Dövlət Dram teatrı, planlarına düşən hər bir tədbirləri, tamaşaları və konsert programlarının öhdəsindən layiqincə gəlib. Onların bu günə kimi məşq üçün belə, rahat bir yerləri olmasa da, onlar acınacağlı vəziyyətdə də olsalar işləyiblər.
Bu il də teatrımız, eyni qaydada öz üzərinə düşən tamaşaları, nağılları və hər hansı bir tədbiri adına layiq yerinə yetirə bilib.
Noyabrın 29-da Azərbaycan Dövlət Dram Teatrı, Dağıstan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, rejisyor Yaqut Xandadaşovanın quruluşunda, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Ər və arvad” üç pərdəli musiqili komediya tamaşasını təqdim etdi. Tamaşaya giriş, yeniyetmələrə və gənclərə, dövlət tərəfindən təqdin olunmuş Puşkinskiy kartla biletlərin alınması ilə olub. Teatrın direktoru Firdousi Səftaroviç Əsgərov öz çıxışında «Koronavirus pandemiyası ilə bağlı çətin vəziyyətə baxmayaraq, ölkə teatrları, o cümlədən Azərbaycan teatrlari bu gün işləmək imkanına malikdir, lakin Rospotrebnadzorun bütün tövsiyələrinə ciddi əməl etmək qaydaları ilə». Tamaşa Rospotrebnadzorun tələblərinə uyğun olaraq keçirilib. Zalın girişində tamaşaya gələnlərin peyvəndlə bağlı QR kodu yoxlanılaraq içəri icazə olunub.
Pandemiya zorluğuna baxmayaraq, Azərbaycan Dövlət Dram teatrı, öz tamaşaçıları intizarda qoymadı, insanların könlünü oxşayan bu maraqla komediya ilə, onların görüşünə gəldi.
Tamaşada baş rollarda (Kərbəlayı Qubad — Dağıstan Respublikasının əməkdar artisti Mahir Məlikov), (Mərcan bəy — Sərxan Səmədov), (Minnət xanım — Tamilə Mixhabova). Rollarda (Gülpəri — Təxminə Ömərova), (Səfi — Osman Mihrabov) , (Aşpaz — Mirzəağa Cüm Cüm) və başqaları ifa etdilər. Bu maskalanmış, saxt və pula ehtiraslı bu komediya, 19-cu əsrin, müasir üslublu bir hekayəni izah edir. Bu tamaşada ərin xəyanətinə, layiqli qadının müdrik cavabı əks olunur.

Tamaşanın qəhrəman Minnet xanım daxili azadlığı tapmağa çalışır. Öz müqəddəratını təyinetmə, öz daxilində xoşbəxtlik axtarışı tamaşanın əsas mövzularından biri idi. Bir sözlə, bu tamaşa ailəsini vara, pula dəyişən insanlara mən deyərdim bir dərs idi.
Tamaşa tamaşaçıların alqışları ilə başa çatdı, hər kəs aktyorların bu məharətini ayaqüstü alqışlayırdı. Sonda teatrın direktoru Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Firdousi Əsgərov və tamaşanın quruluşçu rejissoru Yaqut xanım Xandadaşova tamaşaçılara gəldiklərinə və alqışlara görə, aktyorlara isə peşəkar ifalarına görə təşəkkür ediblər.
Tamaşanın açılışını təqdim edən, Dağıstan Respublikasını əməkdar mədəniyyət işçisi Elçin Kuliyev, aktyorlarımızın məharətli oyunlarından danışdı. Tamaşanın sonunda isə, Dərbənddə keçən hər bir tədbirin bəzəyi, müdrik qadın, gözəl ürəkli insan. Hər zaman özü sözü ilə Azərbaycan teatrının yanında olan Gülpəri Şabanovna Mirzəbalayeva. Bütün teatr kollektivinə, başda direktor Firdousi Əsgərov olmaqla uğurlar dilədi. Və Azərbaycan Dövlət, Dram teatrının öz binasında, yeni tamaşalarla çıxış etmələrini arzuladı. Biz də bu arzulara qoşuluruq, Amin deyirik.
M. Seyidov