Martın 30-da, Dərbənd şəhər Mədəniyyət, siyasət gənclər və idman idarəsinin təşkilatçılığı ilə beynəlxalq şeir günü, «Dərbənd, mən səninlə şeir dilində danışıram»
adlı şeir müsabiqəsi keçirildi. Müsabiqə ana dillərində qiraətçilərin və müəllif şeirlərinindən ibarət olan, Dərbənd şəhər mərkəzi kitabxanada keçirildi. Bu il ərzində, respublikamızın yubileyi, DMSSR-in təməlinin qorulmasının 100 illiyinə həsr olunan, bir çox müsabiqə və festivallar keçirilib. Müsabiqənin Münsiflər heyəti Dərbənd şəhər Mədəniyyət idarəsinin sədri, Dilarə Sultanova, Dərbənd şəhər mərkəzi kitabxananın direktoru Diana Əliyeva, tat şairi, Rusiya Yazıçılar Birliyinin üzvü Peysah Mişiyev, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şairə və müğənni Zeynəb Dərbəndli, ləzgi şairi Zeynəb Sultanəhmədova, Tabasaran şairi, Fatimə Mirzəyəva, Dərbənd şəhər Mədəniyyət idarəsinin baş mütəxəssisi Ceyran İstarxanova idilər. Yarışda dörd katigoriyası iştirak edirdi: — kiçik kateqoriya — 10 yaşa qədər; — orta — 11-17 yaş; — orta ixtisas təhsili müəssisələrinin və universitetlərin tələbələri, müəllimlər iştirak edirdi. Yarışın nəticələrinə görə yerlər aşağıdakı şəkildə təyin edilib. 1-ci yer — Iosif Nagdimunov, Isak Balabəyov, Nərgiz Hüseynova, Əbülfəz Babayev, Zoya Eminova, Amina Əvsətova,
Mədinə Hüseyniyeva.
2-ci yer — Mişel Nisanova, Səbinə
Akimova
Zəhra Teymurova, Seyidov Mirəli, Xudaverdieva Zeynəb, Süleymanova Aminat, İbrahimova Xədicə. 3-cü yer — Ktabova Amina, Tsmiyeva Cariyət, Nametullayeva Səidə, Əhmədova Almaz. Müəllimlər
Laura Izgiyayeva Selimə İsayeva, Razida Ramazanova.
Mədəniyyət Şöbəsi bütün iştirakçılara 17 saylı uşaq bağçasının uşaqlarına, 4, 11, 15 və 20 saylı orta məktəblərin şagirdlərinə, Dərbənd peşə-pedaqoji kollecinin tələbələrinə, Respublika Dəmir yol kolleci, eləcə də münsiflər heyəti üzvləri və mərkəzi kitabxana sisteminin işçilərinə öz minnətdarlığını bildirib. Tədbirin sonunda, münsiflər Azərbaycan şairi Zeynəb Dərbəndli «Göz bəbəyim Dağıstanım» şeirini söylədi. Ləzgi şairi Zeynəb Sultanəhmədova «Sevgi» şeirini söylədi, tat şairi Peysah Mişiyev də öz şeirlərindən söylədi. Maraqlı keçən bu tədbirdə uşaqların, münsiflərin bir birinə dialogu oldu. Belə tədbirlərin, tez-tez keçirilməsi həm gənclər üçün, həmdə azyaşlı uşaqlar üçün faydalıdır. Dili olmayan Xalq, özü də yoxdur. Dilimizi sevəy və gələcək nəsilə sevdirək.
M Seyidov.