Dərbənddə “Novruz Bayramı” — BaharŞənliyi keçirilib

                  

Martın 19-da DAŞ QAPI meydanında Novruzbayramına həsr olunmuş tədbir keçirilmişdir.

Günəşli yaz günündə şəhər sakinləri və qonaqları “Dərbənd” bələdiyyə mahnı və rəqs ansamblının, Dağıstanın populyar estrada müğənnilərinin və şəhərin yaradıcı kollektivlərinin iştirakı ilə baş tutan rəngarəng , parlaq bayram konsertinə toplaşmışdılar.                                                                                                               Tədbirdə həmçinin, 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri tematik rəsmlərini nümayiş etdiriblər.

Bütün qonaqlar üçün Oktayın çay evindən pulsuz şirniyyat və isti çay paylanılıb.

Dərbənd şəhərinin yerli sakinləri və qonaqlarıtədbirdən çoxlu müsbət emosiyalar alıblar.

Qeyd etmək lazımdır ki, yaz bərabərliyi təbiətdəki hər şeyin aktiv şəkildə yenidən doğulduğu gözəl vaxtdır. Yaşasın Novruz — Yerin çiçəklənməsi və yeni həyatın təntənəsi! Sizə buludsuz səma, gözəl əhval-ruhiyyə və yaxınlarınızla xoş ünsiyyət arzulayırıq.

Respublika “Dərbənd” qəzeti redaksiyasının kollektivibütün şəhər və ölkə sakinlərini qarşıdan gələn Novruzbayramı münasibətilə təbrik edir, hər kəsə əmin-amanlıq, xeyirxahlıq arzulayır!

                                                                                                                        R. Musayev.