«Goryanka»

Avqust ayının 6-da, Dərbənd şəhəri dənizkənarı parkında Respublika Müftiliyinin Dərbənd Təhsil Şöbəsinin qadınlarla iş üzrə şöbəsi şəhər sakinləri və gələn qonaqlar üçün «Goryanka» adlı rəngarəng tədbir təşkil edib. Tədbirdə Dağıstanın bir çox bölgələrindən qonağlar gəlmişdi, hər gələn qonağ öz gözəl töhfələri ilə təşlif etmişdilər. Dağıstanın hər rayonundan gələn qonağlar, dini mahnıları, şeirləri və səhnəcikləri ilə çıxış edirdilər. Dağıstanda yaşayan hər bir xalqın atributları, milli geyimləri, adət ənənələri bu tədbirdə nümayiş olunurdu. Balaca qız uşağlarının dini mahnıları sevə-sevə ifa etmələri, Qur-ani Kərimdən ayələr söyləmələri, hər kəsi heyran edirdi. Hətda şəhərimizdə olan turistlər də, bu açıq səmada təşkil olunan tədbirin qonağları idi. Onlar üçün bu çox maraqlı idi, çünki tədbir çox xoş və yaddaqalan idi. Bu tədbirdə Dərbəndin bir çox ziyalıları ilə yanaşı, Dərbənd Azərbaycan şairi, nəğməkar şair və Azərbaycan dövlət dram teatrının aktrisası Zeynəb Dərbəndli də var idi. O, öz milli geyimi ilə həm tədbir iştirakçılarını, hım də gələn turistləri heyran etmişdi. Zeynəb xanım bu tədbirə xüsusi Müftiyat tərəfindən dəvət olunmuşdu. O, öz doğma Azərbaycan dilində «Layla» ifa etdi və ilk olaraq, ananın əvəzolunmazlığını qız uşağının ta ana dövrünə kimi kimliyindən danışdı. Orada qorulan səhnəcik, beşik və yun darayan daraq da, onun ifasına bir az da gözəllik qatmışdı. Tədbir də tabasaran şairi dramaturg tərcüməçi Elmira Aşurbəyova da iştirak edirdi. O, bütün qadlnlara, analara. Xüsusilə də Ukraynadan övlad yolu gözləyən analara səbr və əminamanlığ arzuladı. Tədbirdə Dərbənd şəhəri Mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin sədri Samilə Nəcəfova da öz çıxışında, belə tərbiyəli tədbirlərin vaxtaşırı mütəmadi olunması gələcək nəslin yetişməsi üçün vacib olduğunu və bütün analara xoşbəxtlik arzuladı. Tədbirdə Dərbənd şəhəri Müftiyatın üzvü, Dərbənd şəhəri «Hərbi-Qürur» muzeyinin işçisi Gülpəri Mirzəbalayeva da, Dağıstanın hər bölgəsindən gələn bütün qonağları bir araya gətirərək, onlara hər kəs öz dilində tədbir iştirakçılarını salamlamalarını xaiş etdi. Gələn qonağlar həm öz doğma dillərində salam söylədilər, həm də mahnı oxudular. Belə maraqlı keçən tədbirin sonunda, xatirə şəkillərk ilə yekun vuruldu.
M. Seyidov