Bu il Dağıstanda kimsəsiz uşaqların mənzillə təmin olunması üçün 779 milyon rubl vəsait ayrılacaq.
Bu barədə Sergey Melikova Dağıstan Respublikasının Tikinti Nazirliyinin rəhbəri Artur Süleymanov məlumat verib.
Nazirin sözlərinə görə, vəsait bələdiyyələrə gətirilib. Artıq bir sıra rayonlarda kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün mənzillər alınıb. Bunlar Dərbənd, Dokuzparinski, Serqokalinski, Tsuntinski rayonlarıdır. Kaspiysk və Kizlyar şəhərlərində 18 yaşayış binası üçün tender elan edilib.
Sergey Melikov şərh verərək, mənzil əldə etmək üçün uşaqların yetim kimi tanınması ilə bağlı sənədlərin süni şəkildə hazırlanması faktlarını dayandırmağa çağırıb.
“Bəzən son dərəcə ədalətsiz vəziyyət yaranır: yetim heç nə almır, amma bu statusu vicdansız yolla alan şəxs alır. Bunun üçün mənəvi-əxlaqi əsaslar olmadan insanların mənzil almaq üçün müraciət etməsi yolverilməzdir”, — deyə respublika rəhbəri vurğulayıb.
Qeyd edək ki, bu il 300-dən çox kimsəsiz uşağa mənzil verilməsi nəzərdə tutulub.
S. Salixova