lin yekun iclası keçirilib

İ
Dekabrın 29-u 2022-ci il tarixində Dərbənd Rayon İcra Hakimiyyətinin Mədəniyyət, Gənclər Siyasəti və Turizm Şöbəsi tərəfindən rayonun idarəetmə şöbələri, əlavə təhsil müəssisələri, klub və kitabxana sistemi müdirlərinin yekun iclası keçirilmişdir. Bu görüşə, şagirdləri bir gün əvvəl Dərbənd rayonunun Gecux kəndində keçirilən “Gənc vokalçı” regional müsabiqəsinin diplom laureatı olmuş müəllimlər də dəvət olunub. Mədəniyyət müəssisələrinin iclası giriş sözü ilə Mədəniyyət, Gənclər Siyasəti və Turizm şöbəsinin sədri Timur Tofikoviç Məcidov açıb.
«Bizim gənc nəslin musiqiyə, idmana, təhsilə olan sevgisini görəndə, insanın könlü açılır. Gənclər bizim gələcəyimizdir, onların düzgün təhsil almağı və yetişdirilməsi üçün, biz əlimizdən gələni əsirgəməməliyik. Bu gün hər sahədə qalib olan gəncləri görəndə, adamın içi fərəh hissi ilə dolur».-deyə vurğulayıb.
Gənclər siyasəti şöbəsinin sədri Şeyxrəhim Kərimov qeyd edib ki, «Bizim işçilərimiz də, təqdirə şayandır. Onlar da “Za Naşi”, #MYVMESTE “Hər evdə yeni il” aksiyasının keçirilməsində, böyük hünər göstəriblər. Rayonumuzun klub və kitabxana sisteminin əməkdaşlarının əməyini qeyd etməmək olmaz. 2022-ci ilin yazında NWO-da səfərbər edilmiş, DPR və LPR sakinləri üçün səfərbər edilmiş insanlarln ailələrinə humanitar aksiya keçiriblər. Bu da bizim xalqımızın, necə vətənpərvər olduğunun bir növ sübutudur».
Rayon Mədəniyyət, İdman, Gınclər Siyasəti və İdman şöbəsinin sədr müavini Eldar Osmanoviç Osmanov da, öz çıxışında. Rayon mədəniyyət, təhsil və kitabxana sistemlərinin hər işdə fəal olduğlarını vurğulayıb. Elıcə də, bütün müəssisə rəhbərlərinin və şöbə müdirlərinin də fikirləri dinlənilib. Görüş yeni 2023-cü il üçün mükafatların təqdim edilməsi və xoş arzular diləməklə başa çatıb.
H. Aslanov