Dağıstanskiy Ogni şəhərində Cənubi Dağıstan ərazisində ən böyük məscid açılıb. Təxminən 7000 nəfəri qəbul edir.
Məscidin tikilişi nə az, nə çox düz 10 il çəkib. Məscidin açılışı Ramazan ayının ilk günündə baş tutub. Məscidin tikintisinə 100 milyon rubla yaxın vəsait xərclənib. Məscidin açılışında Dağıstanın müftisi Əhməd Hacı Abdullayev və Dağıstan Respublikası Milli Məclisinin sədri Zaur Əskenderov iştirak ediblər.