Mahaçqalada yaz hərbi xidmətə çağırış komissiyası fəaliyyətə başlayıb


2023-cü il aprelin 1-dən bütün Rusiya Federasiyasında olduğu kimi Dağıstanda da çağırış kampaniyasının yeni mərhələsi başladı. Çağırış iyulun 15-dək davam edəcək. Rusiya Federasiyasının 18-27 yaş arası vətəndaşları xidmətə çağırılacaq. Səhər saatlarından Mahaçqalanın çağırış komissiyasının binasında vəziyyət xüsusilə canlıdır, gələcək Vətən müdafiəçiləri burada tibbi müayinədən keçirlər.
Müayinənin ilk iki mərhələsində həkimlər sağlamlığın orduda xidmət etməyə imkan verib-vermədiyini öyrənir, sonra çağırış komissiyası hərbi xidmətə çağırış və hazırlıq haqqında qərar verir.Çağırış komissiyası Mahaçqala rəhbəri vəzifəsini müvəqqəti icra edən Rizvan Qazimaqomedovun rəhbərliyi altında hərbi xidmətə çağırışçıların seçilməsi prosesini tənzimləmək və həyata keçirmək üçün yaradılıb.
Komissiyanın tərkibinə Mahaçqala hərbi komissarı, çağırış komissiyasının katibi; çağırışçıların tibbi müayinədən keçirilməsi prosesi üzrə işlərə rəhbərlik edən həkim; daxili işlər orqanının nümayəndəsi; təhsil orqanının nümayəndəsi; dövlət məşğulluq xidmətinin nümayəndəsi və ictimaiyyətin nümayəndəsi daxil edilib.
Dağıstanda yaz kampaniyası layihəsi hərbi xidmətə cəlb olunan bütün vətəndaşlar üçün mühüm mərhələdir. Mahaçqaladan bir neçə yüz gənc hərbi xidmətə gedəcək — bu, payız kampaniyasından bir az çoxdur. Onlardan biri Maqomedzagid Nurəliyev, dərhal çağırış vərəqəsini alan kimi məntəqəyə gəldi: “Mən gəmidə xidmət etmək istərdim. Evdə buna yaxşı reaksiya veriblər, xüsusən də atam”-deyə xidmət etməyə çox həvəsli olduğunu söylədi.
Dağıstan paytaxtının hərbi komissarı Gennadi Kurbanov bildirib ki, hərbi xidmətə çağırış çağırışçının hərbi həkim komissiyasından keçmək üçün çağırış vərəqəsinin alınması ilə başlayır və çağırışçı orqanın qərar qəbul etməsi ilə başa çatır.
Mahaçqala hərbi komissarlığı əmin edib ki, çağırış açıq olacaq, valideynlər istəsələr, qərar qəbul edərkən çağırış komissiyasının iclasında iştirak edə bilərlər.
Hazırladı: A. Məmmədova