Ömrünü xalqına həsr edən insan

Azərbaycan tarixlər boyu Babəklər, Koroğlular, Nizamilər, Füzulilər ölkəsidir. Xeyirxahlığına görə dünyada tanınan, sevilən, kimsəsizlərə əl tutan və heç kimdən təmənna ummayan Hacı Zeynəlabiddin Hacıyev kimi oğulların məmləkətidir. Belə bir diyarın mərd oğulları hələ də az deyil. Savalan dağının, Şah dağının, cənnət kimi meşələrinin havaaını udub, qaynar gözlü bulağlarının şaqqıldayan suyundan içib və qida alan oğullarından biri də Möhsümov Yaşar Dursunoğludur. Yaşar Dursunoğlu 1975-ci il iyulun 1-də Bakıda anadan olub. O hələ uşaqkən, insanlara əl tutardı. Özündən böyüklərə, yaşlılara hər zaman hörmət yanaşardı. Hətda dostlarıyla yığışanda, onlara xeyirxahlıqdan danışardı.

Evdən çölə, əlində bir tikə çörəklə çıxsaydı, onu dostlarıyla təm bölərdi. Bəlkə də, Allah onu elə xeyirxahlıq üçün yaradıb. Ona o, böyük ürəyi verib ki, Hamıya yardım etsin, əl tutsun. Deyir, «Əl tutmaq Əlidən qalıb». Elə bu Atalar sözü də, tam olaraq məhz Yaşar Möhsümova yaraşır. Onun haqqında kiçik bir yazıda yazıb sığışdırmaq mümkün deyil. Onun haqqında kitablar belə yazsaq, yenə də azdır.
Möhsümov Yaşar Dursunoğlu, bu dövrün elə bir şəxsiyyətlərindəndir ki, onun xeyirxahlığını danmaq olmaz. O, Azərbaycan mədəniyyətini, dilini, milli-mənəvi dəyərlərini layiqincə təmsil edir və qoruyur. Yaşar bəy, özü əslən Günəşli Azərbaycan diyarından olsa da, o, yaşadığı Rusiya Federasiyasına da böyük rəğbət bəsləyir. Rusiyanın Ukrayna ilə olan «Xüsusi Hərbi Əməliyyatında» iştirak edənlərin ailələrinə, kimsəsizlərə də əl tutub. «Kovid-19» dövründə, yüzlərlə insanın sərhəddə min əzabla qalan yüzlərlə insana və öz həmvətənlərinə həm ərzaqla, həm geyimlə, bir sözlə onlara lazım olan hər bir şeyi təmənnasız olaraq çatdırırdı. Mən bir daha vurğulamaq istərdim ki, Yaşar Dursunoğlu haqqında nə qədər də yazsaq, yenə də azdır. Mən isə sizlərə, onun haqqında bu kiçik məqaləni təqdim edirəm.

İndidə onun, mədəniyyətinə verən dəyərindən az da olsa təqdim etmək istəyirəm. Azərbaycan Dövlət Musiqili Dram Teatrının 2017-ci ildə Rusiyanın Arenburq şəhərinə qastrolunu öz şəxsi vəsaiti ilə təşkil edən bu El oğlu, düz doqquz ildən sonra 2026-cı ilin mayında Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş «Böyük qastrol» layihəsi ilə baş tutan bu səfərinin də qayğısını, Yaşar Möhsümov öz özlərinə götürür. O, bizim teatrımızı, orada layiqincə qarşılayır və bir həftə boyunca onların həm hotel işlərini, həm bütün qonağlıqlarını, gəzintilərini öz vəsaiti ilə qarşılayır. Hətda, Rusiyanın 1-ci telekanalının əməkdaşlarını da, bu qastrol səfərinə cəlb edib.

Bu bir daha, Yaşar Dursunoğlunun, harada olmağından asılı olmayaraq, öz milli dəyərlərinə verdiyi qiymətin və dəyərin sübutu olduğunu göstərir.
Dağıstan Respublikasının Əməkdar artisti, qocaman aktyoru Məhərrəm Ömərovun dedikləri. «Biz, Azərbaycan Dövlət Musiqili Dram Teatrının olaraq hər iki ildən böyük qastrollara səfər edirik. Bugün il də yolumuz, Rusiyanın, Arenburq şəhərində fəaliyyət göstərən M. Fayzi adında, Arenburq Dövlət Tatar Teatrına düşdü. Mən və ömür gün yoldaşım Rahilə xanım da bu qastrolda iştirak etdik.

Bizi orada, Günəşli Azərbaycan Respublikasında göz açan, Sonradan Rusiyaya, Arenburga köçərək. Öz milli dəyərlərini qorumaq üçün, qazancını yarıdan çoxunu Rusiyada diaspora olaraq, Azərbaycan mədəniyyətinin qorunub saxlanması üçün xərcləyən. Mədəniyyəti, dili və milli mənəviyyatını Şərəflə qoruyan bir insan Yaşar Möhsümüv qarşıladı. Bizi şəhərin görməli yerlərinə, muzeylərə, tarixi yerlərə apardı. Arenburgun demək olar ki, bütün gözəl məkanlarını bizə göstərdi. Azərbaycan mətbəxinin cürbəcür təamları ilə qonaqlıqda verdi. Bizi bir an belə, gözündən qoymadın. Belə oğullarımızla fəxr etməyə, qürur duymağa dəyər. Çünki onlar, gələcək nəsillərə də bir örnək olaraq tanıdılması layiq olan insanlardır. Mən və həyat yoldaşım, Dağıstan Respublikasının Əməkdar artistləri Məhərrəm və Rəhilə Ömərovlar. Elimizin dəyərli, ləyaqətli və mərd oğlu Yaşar Möhsümüva.

Bizi belə mükəmməl və əsil Azərbaycan oğluna xas olan qonaqpərvərliklə qarşılayıb, yola saldığına görə. Həm öz adımızdan, həm kollektivimiz adından, həm də bütün Ömərovlar ailəsi adından hörmətli Yaşar bəyə, öz dərin minnətdarlığımızı bildiririk. Dərin hörmət və sevgilərimizlə Məhərrəm və Rəhilə Ömərovlar».
Öz xalqı üçün, milləti üçün təmənnasız iş görən bu El oğlu, bizim hamımızın qüruru olmalıdır və bu belədir. Ona dərin hörmətləri ilə
Azərbaycan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası, Dağıstan Respublikasının Əməkdar artisti Şüküfə Məlikovanın, onun haqqında dedikləri. «Mən Yaşar Dursunoğlunu çoxdan tanıyıram və xalqına və kimsəsizlərə təmənnasız xidmətlərinin dəfələrcə şahidi olmuşam. O, pandemiya dövründə, sərhəddə qalan həmvətənlərinə dəfələrlə əl tutub, yardım edib. O, çox təvazökar insandır və heç vaxt istəməyib ki, onun elədikləri reklam olunsun. O hər zaman deyir ki, «Mən Allahıma dua etmişdim ki, mənə ruzu versin və mən o ruzunun 100-də 80 faizini kimsəsizlərə, çətinlikdə olanlara, xalqıma və mədəniyyətinə xərclənəcəyəm. Allah mənim dualarımı eşidib və qəbul edib. Mən, son nəfəsimə kimi də, sözümdə duracağam. Hər damla ruzuma görə, Hər gün, hər səhər Allahıma şükr Duası edirəm». Mən isə, onun etdiklərinin kölgədə qalsın istəmədim, çünki onun xeyirxahlığı danılmazdır. Mən onun, necə bir mərd olduğunu bilirdim və yenə də bunun şahidi oldum. Mənə hər zaman, bacım deyə müraciyət edir. Mən də xalqımın belə bir oğlu ilə, Yaşar kimi qardaşla fəxr edirəm. Doqquz il öncə də, bizim Arenburq səfərimizi o, şəxsi vəsaiti ilə təşkil etmişdi. Düz doqquz ildən sonra da, yenə də bizim ora gedişimizi təm-təraqla qarşıladı. Onun insanlardan fərqlənən ən böyük və yüksək cəhəti, elə onun mədəniyyətinə, dilinə, millətinə verdiyi təmənnasız xidməti və dəyəridir. Mən Allahdan, Yaşar qardaşıma can sağlığı, daha da bol ruzu-bərəkət, uzun və mənalı ömür arzulayıram edirəm. Dərin hörmət və sevgilərimlə, Əfsanə Məlikova».
Hər bir millət, belə mərd oğulları ilə, fəxr etməlidir. Mən deyərdim, ondan ibrət götürməlidir. Çünki, Yaşar Möhsümov kimi oğullar, çox az gəlir dünyaya. Və belə insanların qədrini bilməliyik, dəyər verməliyik. Onun haqqında Əfsanə xanım ağız dolusu danışdıqca, mən qürurlanırdım və onun xeyirxah ürəyinə Valeh oldum. Və onun şərəfinə, kiçik də olsa bir şeir yazmaq istədim. Və inanın ki, o şeir bulağ kimi sətirlərə axdı. Və mən Azərbaycan Dövlət Musiqili Dram Teatrının aktrisası, nəğməkar şairə Zeynəb Dərbəndli, ona, etdiyi hər bir təmənnasız xeyirxahlığına görə, , onun böyük ürəyinə görə bu şeirlə az da olsa təşəkkür etmək istədim.

Bu Yaşar

Zəhmətlə həyat sürən,
El oğludur, buYaşar.
Xalqına dəyər verən,
El oğludur, bu Yaşar.

Qeyrət ilə yaşayan,
Könülləri oxşayan,
Hər zəhməti daşıyan,
El oğludur, bu Yaşar.

Həm qardaşdır, həm ata,
Duası ərşə çatan,
Yoxsullara, Əl tutan,
El oğludur, bu Yaşar.

Həm ciddidir, həm də şən,
Onu sevir hər görən,
Hamıya dəyər verən,
El oğludur, bu Yaşar.

Əfsanə xanım deyir,
O, qardaşdır, ürəkdir,
Hər işiylə nömrə bir,
El oğludur, bu Yaşar,

Dilini sevən insan,
Zəhmət çəkir durmadan,
Əsil, böyük qəhrəman,
El oğludur, bu Yaşar.

Halından olmur asi,
Valeh edir hər kəsi,
Mədəniyyət banisi,
El oğludur, bu Yaşar.

Zeynəb deyər, min yaşa,
Bol ruzun, daşa-daşa?
Yol açan hər alqışa,
El oğludur, bu Yaşar.

Mən bu dəyərli El oğlumuza həm öz adımdan, həm Azərbaycan Dövlət Musiqili Dram Teatrının adından, həm də «Dərbənd» respublika qəzetinin adından. Bir sözlə xalqımız adından, öz dərin minnətdarlığımı bildirirəm Dərim hörmətlərimlə Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə İLESSAM-ın üzvü. «Dərbənd respublika qəzetinin ştatdankənar müxbiri, şairə və aktrisa Zeynəb Dərbəndli.