Hər gözəlliyi və qədimliyi ilə könülləri fət edən, Dəmirqapı Dərbəndimizdəsentyabrın 9-da etnoqastronomik turizm çərçivəsində milli plov hazırlamaq ənənələrini qoruyub saxlanmağ kimi, möhtəşəm bir festival keçirilib. Festivalda Dərbəndin bir çox restoranının aşbazları, öz məharətlərini göstəriblər. Plovun hər növünü nümayiş ediblər. Dərbəndə təşlif edın turistlər, bu gözəlliyə heyran olublar. Bu festivala bir az da gözəllik qatan Azərbaycan Dövlət Dram Teatrının, milli geyimlərlə iştirak edən kollektivi olub. Həmçinin də, festivalın konsert hissəsində, Dərbəndin tanınmış müğənnilərinin ifalarında, bir-birindən gözəl mahnılar səslənmişdir. Festivalın aparıcıları dərbəndliləri müxtəlif növ plovların hazırlanmasının orijinal reseptləri ilə tanış edib, milli xörəklərin yaranma tarixindən danışıb, Dərbənd aşpazlarının kulinariya məharətinin köhnə sirlərini bölüşüblər.
Azərbaycan Dövlət Dram Teatrı artistlərinin çıxışları vokal və xoreoqrafik nömrələrlə, şəhərimizdə olan qonağların ürəyincə olub. O gün çoxlu sayda insan Dərbənd plovunun müxtəlif növlərini məmnuniyyətlə dadmış, hər kəsin xoşuna gələn bayrama görə aşpazlara və festivalın təşkilatçılarına səmimi təşəkkürlərini bildirmişlər.
M. Seyidov