Sergey Melikov “Şücaət” ordenini Rusiya Qvardiyasının üzvü Ramazan Atsiyevin ailəsinə təqdim edib

Bu ilin iyununda regionun  paytaxtında törədilmiş terror aktı zamanı polis əməkdaşı  xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

 

Ramazan Atsiyev Mahaçqaladakı  Svyato-Uspenskiy  kafedra soboru                                                                            yaxınlığındakı silahlı toqquşma yerinə ilk gələnlərdən biri olub. O, sürətlə atəş nöqtəsini sinəsi ilə örtüb  və yoldaşları ilə birlikdə Rusiya Qvardiyasının xüsusi təyinatlıları gələnə qədər cinayətkarları zərərsizləşdirmək üçün tədbirlər görüb.

Atışma nəticəsində Milli Qvardiyanın əməkdaşı həyatını itirib. Dağıstan rəhbəri polisin ailəsinə başsağlığı verib.

 

Sergey Melikov:

 

“Sizin kədəriniz bizim ümumi kədərimizdir. Çox sağ olun ki, layiqli oğul və Vətən müdafiəçisi, əsl dağlı  oğlu  yetişdirmisiniz. Zaman keçdikcə övladları atalarının  necə qorxmaz qəhrəman olduğunu anlayacaq, fəxr edəcəklər.  Biz  bilmirik onlar hansı peşəni seçəcəklər. Amma heç bir şübhə yoxdur ki, atalarının işıqlı xatirəsi onların nurlu yaddaşlarında  daim yaşayacaqdır.

 

Bu gün biz qəhrəmanlarımızı bir daha xatırlayırıq. Bu iyrənc hücum idi. Amma bizim polis əməkdaşlarımız və Milli Qvardiyanın üzvləri dinc, günahsız, bəzən terrorçuların hədəfinə çevrilən insanları  öz sinələri ilə örtərək xilas  etməkdə məqsədini tapır. Ramazan  bu həyatdan köçdü. Amma vəzifədə olan yoldaşları  onun işini davam etdirirlər”.

 

Görüşün sonunda Sergey Melikov Rusiya Qvardiyasının yaxınlarının hansı çətinliklərlə üzləşdiyi ilə maraqlanıb  və onların həllində dəstək göstərəcəyini vəd edib. Ramazanın ailəsi də öz növbəsində göstərilən diqqətə görə təşəkkür edib.