Start verildi



İnsanlar cürbəcür doğulur. Kimi xoşbəx, kimi dərdli, kimi də, sanki bu dünyadan xəbərsiz. Əlil insanların, xüsusən də əllərindən heç nə gəlməyən insanların bu dünya ilə mücadələsi çətin olur.
Əlil var məktəbə getmir, eynən mənim kimi. Əlil də var ki, əlindən bir çox şey gəlir, amma imkanı yoxdur, əlil də var ki, bu dünyadan heç xəbəri yoxdur, öz dünyasında yaşayır.
Bir az özümdən deyim, yəni sözümü neyə gətirmək istədiyimi bəlli etmək üçün. Mən Zeynəb Dərbəndli, gözdən əlil doğulmuşam. Məktəbə də cəmi iki ay getmişəm, amma yazıb oxumağı özüm öyrənmişəm. Hamı mənə, bir zəyif və yazıq insana baxar kimi baxdığca, mən güclənməyə can atmışam. Yəni üzülməmişəm, əksinə, hamıya özümü sübut etməyə çalışmışam. Və bir şair və müğənni kimi özümü bacardığım qədər bir neçə ölkədə tanıta bilmişəm. Yəni, bunu deməkdə, özümü göstərmək niyyətim yoxdur, qətiyyən. Amma əlil uşağlara bunu demək istəyirəm ki, siz əyər istərsəniz, əməlinizə çata biləcəksiniz. Ən əsası özünüzə və Allaha inanın, dua edin.
Dekabrın 3-çü, Beynəlxalq Əlillər günüdür. Bu münvalla Dəmirqapı Dərbəndimizdə 12 yaşdan 40 yaşa qədər əlil uşaqlar və sağlamlıq imkanları məhdud şəxslər üçün “Hədsiz imkanlar istedadı” inklüziv yaradıcılıq layihəsinə start verilib.
Və bu layuhəyə bir çox, sağlamlığdan məhrum uşaqlar qatıldı. Layihə iştirakçıları xalq və estrada musiqisi, bədii-qiraət, dirijorluğ, vokal, xoreoqrafiya, rəqs, təsviri incəsənət və bədii sənətkarlığın populyar ifaçıları ilə tandemdə yaradıcılıq qabiliyyətlərini üzə çıxara biləcəklər.
Bu layihədə hər bir uşaq, öz duet ortağını özü seçib. Və onların bu arzusuna, Dərbəndin tanınmış sənət adamları sevə-sevə qoşulublar. Bələliklə də, uşağlar özlərinə güvənərək, bu sınağa qatıldılar. Bu xeyriyyə lsayihəsinin təşkilatçısı Dərbənd şəhər dairəsinin Mədəniyyət, Gənclər Siyasəti və İdman şöbəsidir.
Dekabrın 3-də, Dərbənd şəhər dairəsinin başçısı Rüstəmbəy Sədrətdinoviç Pirməhəmmədov. Əlil uşağlara görüşə gələrək, onlarla şirin söhbətləşdi. Onlardan hal-əhval soruşdu, hər biri ilə ayrı-ayrılığda danışdı. Uşağlara, bu bayram münasibətilə hədiyyələr verdi.

Uşağların gözlərindəki sevinc dolu gülüş, üzlərindəki təbəssümü görməmək mümkün deyildi. Mən sanki bir anlığ körpə olmuşdum. Bir kəlməyə bən udim ki ağlayım. Axı, mən də onlardan biriyəm. Mənim də bitib tükənməyən arzularım olub. Uşağ olanda, böyük arzularla yaşamışam. Amma imkansızlığ ücbatından, bütün arzularımı içimdə boğmuşam. Amma indi Allahıma min şükürlər olsun ki, o əl çatmaz arzularımın yarısına çata bilmişəm. Bu isə mənim üçün, bitib tükənməyən bir dünyadır. Mən jndi, o əlil uşağlara demək istərdim ki, güclü olun, özünüzə inamınızı utitməyin. Bax onda siz, bütün arzularınıza çatacağsınız canlarım.
Bütün əlil və sağlamlığdan məhrum uşağları bə böyükləri, bu bayram münasibətilə təbrik edirəm.
Bayramınız, Bayramımız Mübarək.
Z. Dərbəndli
Ştatdankənar müxbir.