Qarşıdan Yeni il gəlir! Yeni arzular,yeni ümidlər…..Hər ötən il həm şirini, həm acısıyla yaddaşlarda qalır. 2022 Ili deyərdim ki, alnıaçiq, üzü ağ yola salırıq, çünki teatrımızın uğurları az olmadı. Fevral ayında Türkiyənin Balıkesir şəhərində, Beynəlxalq teatr festivalında çıxışımız, may ayında Rusiya Mədəniyyət nazirliyinin start verdiyi «Böyük qastrollar» proqrami çərçivəsində Xakasiya Respublikasının Abakan şəhərinə qastrol səfərimiz ……
Ondan əlavə də teatrımız bu il, bir çox işlər gördü. Rusiya Federasiyasının Xalq artisti Murad Kajlayevin «Validə», Firuz Mustafanın «Ağıllı adam», Can Botist Molyerin «Xəsis»,
Elçin Hüseynbəylinin «Imperator» piyesləri də bizim səhnəmizdə tamaşaya qoyuldu Biz uşağları da unutmuruq, elə bu ilin əvvəlində Abdulla Şaiqin, özümün qoruluş verdiyim «Tıq-tıq xanım» nağılı ilə onların da könlünü oxşaya bilmişik. Bir çox başqa tədbirlər, festivallar, konsert proqramları ilə çıxışlarımız olub. Biz hər zaman çalışırıq ki, uşağdan böyüyə qədər hər kəsin ürəyinə yol tapa bilək.
Mən qarşıdan gələn 2023-cü il münasibətilə, xalqımızı ürəkdən təbrik edirəm. İlk öncə insanlarlmıza, ən önəmli olan can sağlığı, ailə saadəti, dünyamıza sülh və əminamanlıq arzulayıram. Qoy heç zaman üzünüzdən təbəssüm, gözünüzdən sevinc əksig olmasın. Bu yeni il, hər birimizə düşərli, süfrəmiz bol ruzu bərəkətli olsun. Qoy 2023-kl sizlərə, unudulmaz gözəlliklər bəxş etsin.
31 dekarbr həm də, Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu münasibətilə də, dünyanın müxtəlif güşələrəndə məskunlaşan soydaşlarımızı ürəkdən təbrik edirəm, hər zaman həmrəy və mehriban olmağı arzulayıram. Bayramınız, Bayramımız Mübarək!
Xalqımıza və Vətənimizə dərin hörmətlərim və sevgilərimlə. Azərbaycan Dövlət Dram Teatrının quruluşçu rejissoru, DR əməkdar mədəniyyət işçisi Yaqut Arif-qızı Xandadaşova.