Yüksək qonaqlar

Mərkəz Heydər Əliyevin 100 illiyinə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənddəki filialının nəzdində açılıb.
Təntənəli mərasimdə Dərbənddə işgüzar səfərdə olan Dağıstan başçısı Sergey Məlikov, Azərbaycan təhsil nazirinin müavini İdris İsayev və universitetin rektoru Ədalət Muradov iştirak ediblər.
Mərkəzdə eksklüziv fotoşəkillər və kitablar var. Burada istirahət və təhsil tədbirləri keçirməyi planlaşdırırlar. İki ölkənin dostluq münasibətlərinə xüsusi diqqət yetirilir.
Respublika başçısı ekspozisiyaya baxdı və muzeyin fəxri qonaqlarının kitabında ilk qeydini buraxdı.
«Bu gün Dağıstan ilə Azərbaycan arasında uzun və sarsılmaz dostluq yolunu təcəssüm etdirir», — deyə Sergey Məlikov fəxri qonaqlar kitabında yazıb.
Qeyd edək ki, Azərbaycanın ən iri ali məktəblərindən birinin Dərbənd filialının 30 ildən artıq yaşı var. Universitet aztəminatlı ailələrdən olan uşaqlar üçün təhsil güzəştləri təqdim edir və bu ildən etibarən filiala güzəştli əsaslarla daxil olmaq imkanı əldə edəcəklər.

A. Məmmədova