Dərbənddə tikilən çoxfunksiyalı tibb mərkəzinin gələcək həkimləri Hərbi Tibb Akademiyasında təcrübə keçə biləcəklər

Dağıstanın başçısı Vladimir Vasilyev və Rusiya Federasiyası Müdafiə nazirinin müavini Timur İvanovun Dərbənddəki çoxfunksiyalı tibb mərkəzinin inşaat sahəsinə səfəri zamanı mətbuat nümayəndələrinə xəbər verilmişdir.

Tikilən tibb mərkəzinin layihəsi ilə tanış olan və əhatə dairəsini yüksək qiymətləndirən Vladimir Vasiliev gələcəkdə bu mərkəz üçün kadr hazırlamaqda maraqlanmışdır.

Timur İvanov, bütün bunların necə işlədiyini görmək üçün həkimləri ölkənin digər bölgələrində fəaliyyət göstərən belə xəstəxanalara göndərməyin mümkünlüyündən danışdı.

Bundan əlavə, o dedi ki, mərkəzin gələcək həkimləri Hərbi Tibb Akademiyasında təcrübə və yenidən hazırlığa göndərilə bilər.

Telman Tahirli