FESTİVAL İŞTİRAKÇILARI

Ləzginka ansamblı Beynəlxalq “Sineqorye” festivalında iştirak etdi
Rusiyanın qızıl mədəniyyət fonduna daxil olan ölkənin aparıcı kollektivləri arasında Dağıstan Dövlət Akademik Əməkdar rəqs ansamblı Ləzginka, folklor sənəti festivalında, beynəlxalq “Sinoqorye” festivalında iştirak etdi. Bu haqda “Dağıstan” informasiya agentliyi məlumat vermişdir. Ansanblın mətbuat xidmətinin verdiyi məlumata görə beynəlxalq “Sinoqorye” milli mədəniyyətlər festivalı çərçivəsində “Lezginka”nın rəqqasları tamaşaçılarını laqeyd qoymayan gözəl bir rəqs təqdim etdilər.
“Çelyabinskdə əsl bir bayram oldu. Qonaqlarımız müstəsna bacarıq və ən əsası Qafqazın alovlu ruhunu nümayiş etdirən ecazkar sənətkarlar idi”,- deyə tədbirin iştirakçıları qeyd etdilər.
Qeyd edək ki, “Sinoqorye” festivalı Cənubi Uralın mədəni həyatının bir markasıdır. Müxtəlif xalqların ənənəvi mədəniyyətlərini təqdim edir, tamaşaçılara Cənubi Uraldan kənarda mədəni həyatın gözəlliyini qiymətləndirmək imkanı verir. İlk dəfə festival 2005-ci ildə Çelyabinskdə keçirildi və dərhal özünü geniş migyaslı folklor forumu elan etdi.

Amaliya Ağakişiyeva