Сафият Абдурагимова- поэтесса и прозаик. Публикуется под псевдонимом Сафият Джалганская. Член союза писателей России. Председатель литературного клуба “XXI век». Участница литературного клуба «Верба» (Махачкала). Автор поэтических сборников: «Мой отчий дом- село Джалган», «Я зажгла костёр мечты», « Не забывай меня» и повесть «Зарина». Печаталась в альманах г. Москвы, в газетах «Молодёжь Дагестана» г. Махачкалы и « Dərbənd” г. Дербент, в журнале Xəzan г. Баку, Азербайджан, в сборнике «Новые имена в поэзии» Фонда СЭИП, и так далее… Участница 9-ого Совещания молодых писателей СК в Адыгее (г. Майкоп), 11-ого Совещания (школы писательского мастерства) СКФО г. Владикавказ (Северная Осетия), и участница XVIII Международного форума молодых писателей России, стран СНГ и зарубежья г. Ульяновска (Ульяновская Область). А так же участница I и II Совещания молодых писателей Дагестана. Пишет стихи на русском, азербайджанском и фарси.
Ana
Səhər günəşinin şəfəqləri tək
Qəlbimi, ruhumu isindirir o.
O qaynar, qayğılı baxışlarıyla
Könlümü oxşayıb sevindirir o.
Üzümə qapılar açıq olsa da
Ana qapısına yollanıram mən.
Hər yaşda yanında uşaq kimiyəm
Boynuna sarılıb sallanıram mən.
Duyğulu anımda, qəmli çağımda,
Güzgüdə üzümə baxdığım zaman,
İçimdəki həzin gözəllikləri
Duyuram anamın baxışlarından.
Hələ də bu sirdən baş açmamışam,
Ana bu sevgini haradan alır.
Axı dörd övladın hamısının da
Eyni sevgi ilə qeydinə qalır.
Ailə quranda anlamışam ki,
Nə qədər çətinmiş ana həyatı.
Hər ana sevimli övladlarıyla
Sevgiyə bələyir bu kainatı.
Allahım, analar gör nələr çəkir,
Ana zəhmətini necə unudam.
Mənə iki uşaq böyütmək çətin
Dördünü bəsləyib böyüdüb anam.
Dərbənd
Dərbənd, sən mənim canımsan.
Dünya gözündə gövhərsən.
Sənsən tarixlər paytaxtı,
Sən ən müqəddəs şəhərsən.
Ey mənim qədim şəhərim,
Sənlə qürur duyuram mən.
Adın mənə ilham verir,
Səndə xoşbəxt oluram mən.
Quşların dönüşü
Buludlar hey uçur,
Mavi göylər boyunca.
Mən evdən uzaqda,
Ulduzların dalınca
Bir zərrə işiq olmaqçün,
Bahar olmaq istərəm.
Yaza dönüb dönmək üçün.
Ətirli yasəmənlər,
Pəncərəmin altında,
İsti soba yaninda,
Titrəyərək isinmək istərəm.
İstərəm soyuq küləyə,
İncə isti nəfəs olum.
Harda olsam da yenə də,
Öz Vətənimə qovuşum.