XATİRƏ GECƏSİ KEÇİRİLDİ

Dərbənd hər zaman öz savadlı ziyalıları ilə tanınıb, şəhərin hər əsirdə bir baş ucalığı gətirən övladı yetişib.
Belə övladlarından buri də, Dərbənddə dünyaya göz açıb. Az yaşlarında ailəsi ilə Azərbayacana köçən, və həyatını orda davam edən. Və
yaşadığı bu az müddət ərzində böyük əsərlərə imza ataraq, dünya musiqi tarixinə böyük tövfələr vermiş Asəf Zeynallıdır. Bu insan haqqında çox yazmaq olar, onun 23 yaşında bu dünyanı tərk etməyinə baxmayaraq. O özündən sonra neçə-neçə yaddaqalan və indidə dillərdən düşməyən mahnılar, muğamlar, ramanslar qoyub gedib. O özü üçün, əbədi bir ölməzlik qoyub gedib. Aprelin 16 da, Dərbənd şəhər Aşuruv adına musiqi məktəbində. Bu dahi bəstəkarın xatirə gecəsi keçirildi. Tədbiri, Dərbənd şəhər mədəniyyət idarəsinin sədri Dilarə İsabəyovna Sultanova təşkil etmişdi. Tədbirdə, bəstəkarın tar ilə musiqisi, ramansları və Azərbaycanın digər bəstəkarlarının da əsərləri səsləndirildi. Tədbirə mən də dəvət almışdım, mən Zeynal Xəlilin sözlərinə Sultan Hacıbəyivun bəstələdiyi «Kimlər gəlir, kimlər gedir bu dünyadan» mahnısı ilə çıxış etdim. Tədbirdə, Ülviyə Babayeva, Mamed Mamedov, Nazilə Qazanbəyova, Türkan Həsənova, Nazim Beybalayev,
Kuruqlıyev
Sultanbəy. Və Dərbənd şəhər 4 nömrəli məktəbin
Ana dili və ədəbiyyat müəllimi Səlimə İsayevanın
şagirdləri.
Mahnıları royalda müşayət edirdilər, Dərbənd rayon mədəniyyət idarəsinin sədri
Səkinə Seyidova və musiqi məktəbinin pedagogları Məhəmməd Mazanov, Cəmilə Sultanova. Dərbənd şəhər musiqi məktəbinin tələbələri Nailə Şixmuradovanın rəhbərliyi ilə, konsertmistir Zalikə Şixmuradova. Tədbirdə, Dərbənd şəhər dairəsi başçısının muavini Vidadi Vaqifoviç Zeynalov, Dərbənd şəhər mədəniyyət, siyasət, gənclər, idman və turizm idarəsinin sədri Samilə Siracətdinovna Nəcəfova. Tarixçi filolog Hüseynbaya Yəhyayeviç Hüseynov, musiqi məktəbinin pedagogu və xalq çalqı alətləri ansanblının bədii rəhbəri Nasir Babayeviç Şahmuradov və Dərbənd şəhər mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Diana Hafizovna Əliyeva tədbir iştirakçılarına və təşkilatçılarına. Belə gözəl gecənin hazırlanmasında təşəkkür etdilər. Tədbirin aparıcısı, Dərbənd şəhər mədəniyyət idarəsinin baş mütəxəssisi Ceyran Ustarxanova idi. Ən önəmli olan o idi ki, tədbirdə səslənən bütün mahnılar, sənətçilər tərəfindən canlı ifa olunmuşdur. Tədbirin sonunda, Samilə Nəcəfova və Diana Əliyeva «Dərbənd mən səninlə poeziya dilində danışıram» adı altında keçirilən konkursun qaliblərini fəxri fərman və hədiyyələrlə mükafatlandırdılar.

Z Dərbəndli.