Korrupsiyaya yox deyirik

Mayın 19 da, Dərbənd rayonunun dilbər güşələrindən olan. Bağı bağatı ilə tanınan, sevilən Bilici kəndinin 2 saylı orta məktəbində. Korrupsiyaya qarşı,
«Korrupsiyaya qarşı mübarizə aparmalıyıq » adlı tədbir keçirildi. Tədbiri məktəbin təşkilatçısı Nərgiz Abuşevna Hacıyeva və məktəbin müəllim kollektivi hazırlamışdı. Tədbirdə, şagirdlərin korrupsiyanın əleyhinə çıxışları, göstərdikləri səhnəciklər bunu göstərirdi ki. Biz hələ də, belə onsafsızlığa qarşı mübarizə apara bilərik. Gələcək nəslin nümayəndələrini, bu cür Vətənpərvər və insanlığa sevgi ilə böyükmək. Onlara gələcəkdə doğru, düzgün yol göstərmək özü elə korrupsiyaya qarşı qələbə deməkdir. Əlbətdə, bu hər bir valideynin və müəllimin əsas məqsədi olmalıdır. Çünki, korrupsiya dünyanı yalnız və yalnız aşağı sürükləyir. Ona görə də, hər kəs övladına ilk öncə doğru insan olmağı öyrətməlidir. Tərbiyə, ilk olaraq ailədən başlanmalıdır. Korrupsiya insanlığa, ən böyük xələldir. Əli düz olan insanın, gözü heç vaxt yerə baxmaz. Tədbirin gedişatında, şagirdlər korrupsiya əleyhinə muhazirələr oxudular. Tədbir əvvəli korrupsiya ilə bağı olsa da, gedişatda şagirdlərin ifasında Dağıstan milli geyimində rəqsləri və ifaları. Hələ də hər şey düzələ bilər, hələ də düzəliş üçün gec olmadığını sübut etdi. Tədbirdə Dərbənd rayonu Təhlükəsizlik zabiti Murad Məcidoviç Ustəhmədov,
Kənd məscidinin imamı Hacı-Abbas Yusupov, Dərbənd rayonu rəhbərinin köməkçisi Nizami Məmmədoviç Nəcəfov,
RTŞ metodisti Emin Mustafayeviç Vaqifov, Bilici kəndinin kənd yaşayış məntəqəsinin başçısı Şıxəli Ağaliyeviç Ağayev, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan jurnalistlər birliyinin üzvü, nəğməkar şairə mən Zeynəb Dərbəndi, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya jurnalistlər Birliyinin üzvü, Tərcüməçi şair Fəxrətdin Oruc iştirak etdilər. Qonaqların hər biri, korrupsiyanın əleyhinə çıxışları edərək, uşağların mükəmməl hazırlandığlarını vurğuladılar. Mən öz sözlərimə, Elmir Mədətoğlunun bəstələdiyi «Göz bəbəyim Dağıstanım» adlı mahnım ilə çıxış etdim. Tədbirin sonunda, məktəbin direktoru, dəyərli və qonağpərvər insan Abuş Adəmoviç Hacıyev gələn qonağlara təşəkkür etdi və tədbirdə iştirak edən şagirdlərə habelə tədbiri möhtəşəm hazırlayan məktəbin müəllim heyyətinə təşəkkür etdi. Sonda çay süfrəsi qoruldu.

Z. Dərbəndli