Geri dönməyənlər


Böyük Vətən Mügaribəsi 1941-1945- illər, bizlərdən bir çox canlar aldı. Kimi övladını, kimi atasını, kimi qardaşını, kimi də ailə başçısını itirdi. 5 il davam edən bu qanlı müharibə, özündən neçə il sonrada insanları sarsıdacaq iz qoydu. Kimlər geri döndü, kimlər itkin düşdü. Mən bu gün sizlərə, geri gəlməyənlərdən, doğmalarının gözləri yollarda qalanların birindən Siracətdin Həsənovdan danışmaq istəyirəm.
Siracətdin Rəhimoviç Həsənov,, DMSSR-in Dərbənd rayonunun Rükəl kəndində. Kəndin adlı-sanlı, sayılıb-seçilən şəxsiyyəti, müəllim və uzun illər Rükəl kəndinin kənd soveti və daha məktəb direktoru vəzifələrində çalışan Rəhim Həsənovun ailəsində 1922-ci ildə dünyaya göz açıb. Onlar iki qardaş, bir bacı olub. Qardaşı Nurətdin Həsənov da, atasının davamçısı olub. Bacısı Şərifə xanım da, Pedogoji məktəbi bitirib. Siracətdin isə, hər zaman hərbiçi olmaq niyyətində olub.
Kənd orta məktəbini qızıl medalla bitirib. Məktəbi bitirdikdən sonra, sonra, öz arzusuna çatmaq üçün hərbi akademiyaya daxil olub. Oranı da, fərqlənmə diplomu ilə bitirib. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayır, vətənini sevən hər bir igid və cəsur gənc kimi, Siracətdin də vətənini faşitlərdən qorumaq üçün cəbhəyə gedir. Müharibədə göstərdiyi igidliyə və şücayətlərinə görə, bir çox medal və ordenlərlə təltif olunub. İkiaat Sovet İttifaqı Qəhrəmanı olan bu gənc Siracətdin Ofiser kimi, müharibənin sonlarında az müddətə kəndinə gəlir, sanki ailəsi ilə halallaşmaq üçün gəlmiş kimi yenidən cəbhəyə qayıdır. Elə o gedən, bir daha da geri qayətmır itkin düşür.
Qardaşı Nurətdin, özünün yaşadığı müddət ərzində, qardaşını axtarır. O ümid edirdi ki, bəlkə qardaşı Siracətdin sağdır. Amma nə ölüsünü, nə də dirisini tapa bildi. Hətda o, son nəfəsinə kimi, qardaşı Siracətdinin yolunu gözləyərək bu dünyadan gözləri tam yumulmadan köçdü.
İndi qardaşı Nurətdinin böyük nəvəsi, onun adını daşıyır. Bu Siracətdin də, adşnı daşıdığı ulu əmisi Siracətdin kimi hərbiçidir və tərbiyəli bir şəxsiyyətdir. Bu gün, bizlər müharibəni bitirib gələnlərdən əlavə, vətən yolunda can qoyan və itkin düşən igidlərimizi dı gad etməliyik. Bizlər, onların sayəsində bu günə kimi rahat yaşamışıq və yaşayırıq. Allah rəhmət eləsin.
Z. Dərbəndli