Böyük Vətən Müharibəsi, bir çox insanların həyatında iz qoydu. Kimi geri döndü, kimi itkin düşdü. Amma ən əsası, biz qalib gəldik.
1922-ci il tarixində dünyaya göz açan, Nurətdin Mirzəhüseynoviç Məmmədov da, o dövrün bir çox gənci kimi, müharibəyə yollanır. Müharibədə olduğu müddətdə, gözünün önündə faşist gülləsinə tuş gəlib can verən dostlarını, evindən-eşiyindən didərgin düşmüş ailələri gördükcə Nurətdin Mirzəhüseynoviçin düşmənə qarşı kini və nifrəti çoxalır. O gözünü qırpmadan, odlu-alovlu müharibənin atəş selinin önünə çıxmaqdan qorxmayıb. Yaralıları döyüş meydanından çıxarıb, tankını düşmənin üzərinə yeridib.
O qorxmaz və cəsur bir insan olub, o Berlini alarkən tankla ilk Berlinə daxil olub, onu düşmən ayağından qurtaranlardan biri olub. Göstərdiyi böyük şücaətlərinə görə, bu gün onun adı Berlin divarında daşa həkk olunub. Ukraynanın Kiyev şəhərində, onun büstü durur. Bir Dağıstanlı olaraq, bu hər birimizin qürurudur.
1-ci Ukrayna Cəbhəsi, 3-cü Tank Ordusu, 59-cu Mühafizə Alayında döyüşüb. Və bütün bu şücayətlərinə görə, o, 3-cü dərəcəli “Şöhrət” ordeni, “Qırmızı Ulduz” ordeni, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Onun haqqında onun övladları, nəvələri ağız dolusu danışırlar. O hətda uşağkən belə heç kimdən, heç nədən qorxmayan bir insan olub. Bəlkə də, Allah onu vətən üçün yaradıb. Bizim Dərbəndimizdən çox cəsur oğullar çıxıb, bər biri haqqında kitablar tutmayan qədər yaxmaq olar.
Qarşıdan Böyük Vətən Müharibəsi qələbəsinin 77-ci il dönümü gəlir. Biz bu insanları sadəcə bu günlərdə deykl, hər zaman yad etməliyik. Çünki bizlər bu gün, belə cəsur ata və babalarımızın sayəsində azad və firavan yaşayırıq. Allah rəhmət eləsin.
M. Seyidov