Vətənin qeyrətli övladları

Seyid-Əzim Haşımoviç Seyidov 1918-ci il sentyabr ayının 2-də Dərbənd şəhərində anadan olub.Həbi xidmətə 1939-cu il may ayının 16-dan Jitomir şəhərində başlayır və elə orada da hərbi hazırlıq məşğələləri keçir. Özünün dediyinə görə,həyatının ən gözəl çağlarını vətənə xidmətdə keçirib. Hərbi xidməti Qırmızı Bayraq ordenli Suvorov alayının 38-ci sərhəd xidmətinin nəzdində -dövlət sərhəddini qorumaqda keçib.Bu alayla da o,Berlinə qədər döyüş yolu keçib. Düşmənin ilk zərbəsini ilk qarşılayan da elə sərhəd qoşunları olur.Vətənə fədakar xidmət göstərməsini nəzərə alan rəhbərlik Seyid-Əzim Seyidovu və 38-ci alayın bir neçə əsgərini üç qalib ölkə başçılarının:İ.V.Stalinin,Q.Truamanın və U.Çerçilin Podstam konfransında keçiriləcək görüşünün təhlükəsizliyini təmin etmək üçün hazırlıq keçdiklərini belə xatırlayırdı:” Yaxşı yadımdadır,konfransdan əvvəl biz xeyli hazırlıq keçdik və sonra bizə yeni forma verdilər.Və biz bu görüşün təhlükəsizliyini məsuliyyət hissi ilə təmin etdik”. Faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi cəsarətinə və mərdliyinə görə ona “İkinci dərəcəli Vətən müharibəsi” ordeni,”Hərbi ləyaqət”,” Varşavanın azad tdilməsinə görə”,”Berlinin alınmasına görə”,”Almaniya üzərində qələbəyə görə”orden və medalları və Qələbənin 70-illiyinə həsr edilmiş yubiley medalı ilə təltif edilib. Seyid-Əzim Seyidov 2016-cı ildə dünyasını dəyişir və Dərbənddə dəfn edilir.Qədirbilən xalqımız vətənin azadlığı uğrunda vuruşan və canından keçən qəhrəmanları heç vaxt unutmayacaq!
N.Rəhim qızı