Dağıstan Respublikası üzrə Baş Dövlət sanitar həkiminin 28 yanvar 2021-ci il tarixli “SanPiN 3.3686-21 sanitar qaydalarının və normalarının təsdiq edilməsi haqqında“ qərarına əsasən yoluxucu xəstəliklərin qarşısının alınması sanitariya və epidemioloji təlblərə riayət olunması üçün əhaliyə müraciət ünvanlayaraq onları xəbərdar edir ki, hal-hazırki vəziyyəti nəzərə alaraq sağlamlıqlarının qayğısına qalsınlar,xüsusən də uşaqların çoxluq təşkil etdiyi (məktəb,uşaq bağçaları və s.) yerlərdə onların təhlükəsizliyini,yoluxmanın qarşısının alınması məqsədilə bu tələblərə tam riayət olunmalı,bu qaydalar gözlənilməlidir. Hal –hazırda əhali arasında qripp və digər yoluxucu xəstəliklərin geniş surətdə yayılması bizi bu tələbləri və qaydaları gözləməyə vadar edir. Gəlin, həm özümüzün,həm də yaxınlarımızın sağlamlığının qayğısına qalaq, ətrafımızdakılara biganə olmayaq.