Dağıstana işgüzar səfərə gəlmiş Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçukla görüşdüm.
Biz fəxr edirik ki, respublikamız bu səviyyəli alimlərin marağındadır. Daha da xoşdur ki, təkcə Dağıstanın imkanları deyil, həm də təbiətimiz, mədəniyyətimiz, insanlarımız qonaqlarda müsbət təəssürat yaradır.
Ölkəmizin ən böyük elmi mərkəzlərindən biri olan Kurçatov İnstitutu aprel ayında 80 illik yubileyini qeyd edib. O, Böyük Vətən Müharibəsi illərində atom silahı yaratmaq problemini həll etmək üçün yaradılıb. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, sovet elminin inkişafında onun rolunu qiymətləndirməmək olmaz. Bu gün Kurçatov İnstitutu elmin, sənayenin və kənd təsərrüfatının inkişafı ilə məşğul olmağa davamedir.
Biz bir neçə çox vacib sahəni müzakirə etdik ki, buəməkdaşlıqda təkcə iki tərəf üçün deyil, həm də bütövlükdə Rusiya üçün faydalıdır: üzümçülüyüninkişafı və nadir metal geotermal ehtiyatlar yatağının işlənməsi.
Rusiya üzüm bağlarının 29%-i respublikamızın payına düşür. Biz layiqincə bu sənayenin inkişafında liderlər sırasındayıq. Ona görə də Dağıstanda şitillik kompleksinin yaradılmasının mümkünlüyündən danışildı.
Digər bir məsələ ondan ibarətdir ki, respublikamızda hərbi sənaye kompleksi üçün çox vacib olan iki litiumyatağı kəşf edilmişdir. Dağıstan bu hissədə də öztəkliflərini verə bilərdi.
Bütün bu məsələləri birgə həll etmək üçün Dağıstan, Rusiya Elmlər Akademiyası və Kurçatov İnstitutuarasında müqavilə imzalamağı planlaşdırırdıq.
Dağıstanın çox böyük potensialı var və belə böyükelmi mərkəzlər imkan verəcək ki, onu düzgün üzə çıxaraq və ölkənin rifahı naminə istifadə edək. Mən daha məhsuldar əməkdaşlığı səbirsizliklə gözləyirəm!
S. Salixova