“80 illik xatirə. «Böyük Qələbənin Səhifələri»

İnsanlar səhər saat dörddən-beşdən çörək üçün növbəyə durmağa başlayardılar.1936-cı ildə Mahaçqalada anadan olan Kaplanova Patimatla bağlı xatirələr.

“Müharibə başlayanda mənim 5 yaşım var idi. Ailəmiz Şkolnıy zolağı 16 ünvanında, mayakın yaxınlığında yaşayırdı. Evimi, o vaxtlar üçün zəngin sayılırdı, yeddi otaqlı idi. Düzdür, biz də kifayət qədər çox idik: valideynlər, yeddi uşaq və bir də xala.

Çörək üçün Krasnoflotskayaya getdiyimi xatırlayıram. Səhər saat 4-5 arasında növbəyə durmalı olurdum. Və uzaqlaşmaq mümkün deyildi – növbəni itirə bilərdin.  Əlində kartla durub növbə gözləyirsən. Hər bir ailə üzvünə 200 qram, çörəyin də yarısı qarğıdalı, yarısı arpa unundan idi. Evə çatana qədər bütün çörəyi yalayırdım. Anam gülürdü və həm əsəbiləşirdi: «Niyə  yenə cilalanmış  gətirdin?»-deyirdi.

Qaçqınlar qəfildən şəhərə axışanda atam onları evə gətirməyə başladı. Bütün ailələri, qocalar və körpələri ilə. Həyətdə iki kərpicin üstünə qazan qoyub hamıya zatiruxa  hazırlayardılar, bilmirsiniz? Bir tikə qoyun ətinin piyi qaynar suya atılır, sonra xəmir yoğurulan zaman qalan topaqlar (evdar qadınların indi atdıqları) ora atılır və süd tökülürdü. Yəqin ki, çox iştahaaçan səslənmir, amma biz onu məmnuniyyətlə yeyirdik.

Lakin qaçqınların çoxu Veynerovski bağında yerləşdirilmişdi (o vaxta qədər onun adı dəyişdirilərək Neftçilər parkı olmuşdu). Anam gecələr qarğıdalı bişirər, səhər tezdən isə məni  oraya acları yedizdirməyə göndərərdi.

Sonralar, artıq böyüyəndə, parkdakı rəqs meydançasına gedəndə  mənə həmişə qəribə gəlirdi ki, elə bil son vaxtlara qədər qaraçılar kimi, üzləri yorğun adamlar burada uzanıb oturardılar, indi isə biz burada rəqs edirik.