Abdulmuslim Abdulmuslimov Dağıstan Yazıçılar Birliyinin üzvlərinə dövlət mükafatlarını təqdim edib

Dağıstan hökumətinin sədri Abdulmuslim Abdulmuslimov Dağıstan Respublikası Yazıçılar Birliyinin 90 illik yubileyinin qeyd edilməsi çərçivəsində respublikanın 11 tanınmış jurnalist və yazıçısını dövlət mükafatları ilə təltif edib.

 

“Соколенок” və “Литературный Дагестан” respublika ədəbi jurnallarının redaktorları Mirza  Davıdov və Supiyanat Mamayeva “Rəşadətli əməyə görə” medalı ilə təltif ediliblər;

 

Rəsul Həmzətov medalı ilə “Соколенок” və “Литературный Дагестан” jurnallarının redaktorları Amina Abdulmanapova və Ayşat Malaçiyevaya, Dağıstan Respublikası Yazıçılar Birliyinin katibi Şeytxanım Alışeva , Qasbala Suleymanov  adına Kişçi tam orta məktəbinin müəllimi İbraqim İbraqimov, İqalinsk orta mətəbinin müəllimi İsa Şarapudinov  təltif ediliblər.

“Dağıstan Respublikasının xalq yazıçısı” adı Rusiya Yazıçılar İttifaqının üzvü Maqomednabi Xəlilova verilib;

“Dağıstan Respublikasının xalq şairi” adına “Илчи” qəzeti redaksiyasının redaktoru Patimat Ramazanova layiq görülüb.

 

Dağıstan Respublikası  rəhbərinin təşəkkürünü baş nazirin əlindən “Соколенок” və “Литературный Дагестан” jurnallarının redaktoru Qamzat İzudinov qəbul edib.