Abdulmuslim Abdulmuslimov Rusiyanın ən böyükfındıq bağına baxış keçirib

Dağıstan hökumətinin sədri Süleyman-Stalskirayonuna səfəri zamanı Rusiyada 1 min hektardan çoxəraziyə malik ən böyük fındıq bağının salınması üzrə “Polosa” MMC tərəfindən həyata keçirilən investisiyalayihəsinin icrası ilə tanış olub. 

İlk fındıq əkini 2019-cu ildə 140 hektar sahədə aparılıb, əsas əkilən fındıq sortu Ata-Baba sortudur. 1 hektar sahəyə düşən tinglərin sayı — 666 ədəddir.

Meyvə bağlarının 2025-ci ilə qədər layihə gücünə çatması planlaşdırılır. Fındıq bağının 3 min hektaraçatdırılması nəzərdə tutulur.

Layihənin icrasında iştirak edən Dağıstan Respublikası Milli Məclisinin deputatı İmam Yarəliyev layihəni dəstəklədiyinə görə Abdulmuslim Abdulmuslimova təşəkkür edib, onun iştirakı və alınan dövlət dəstəyi olmadan həyata keçirilməsinin mümkün olmayacağını qeyd edib.

G. Babayeva