Artıq bir həftədir, Dərbənd şəhərinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə, «Dağıstan xalqlarının adətləri» müsabiqəsi keçirir. Bu müsabiqədə həm Azərbaycan, həm də Dərbənddə yaşayan xalqların toy adətləri, milli geyimləri, milli rəqsləri və mahnıları təqdim olunub.
Bugün martın 22-də, Dərbənd şəhəri Pedagoji kolledjinin tələbələri, Tabasaran xalqının toy adətini təqdim etdi. Tələbələr, qız evinə nişan gətirmək, qızın ər evinə getmə və onu ədəb ərkanla yola salma mərasimini nümayiş etdirdilər. Qədim tabasaran toy adəti və mahnıları, al-əlvan geyinmiş qızların, simvolik qadşn kişi geyimində gəlin oxşamalı, tələbələrin dilindən süzülürdü.
Nümayişin gedişatı zamanı, Azərbaycan milli rəqsi də nümayiş olundu. Öz gözəlliyi və pzəlliyi ilə münsiflərin diqqətini özünə çəkən bu rəqs, demək olar ki, toy mərasiminə ayrı bir gözəllik qatdı.
Münsiflər heyyəti Dərbənd .əhəri mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Diana Əliyeva, Azərbaycan şairi və Azərbaycan Dövlət Dram Teatrının aktrisası Zeynəb Dərbəndli, tabasaran şairi və filologiya elmlər namizədi Elmira Əşürbəyova, Xoreograf Nəriman Cabbarov və Dərbənd şəhəri Mədəniyyət, İdman, Gənclər siyasəti və Turizm idarəsknin sədri Samilə Nəcəfova və Dərbənd şəbər mədəniyyət şöbəsinin sədri Dilarə Sultanova. Müsabiqənin sonunda, hər biri nümayiş haqqında öz fikirlərini söyləmişlər. Başlanqıcı Azərbaycan milli mədəniyyəti vəmin illərdən bəri bu günə gəlib çatmış «Xna yaxtı» mərasimi ilə başlayan müsabiqə. Tabasaran salqının toy adətləri ilə başa çatdı.
Hər bir xalq mədəniyyəti, dili və adət ənənələri ilə tanınır. Və bu milliliyi qoruyub saxlamaq üçün, gələcək nəslimiz olan uşaqlara, xüsusilə də gənclərə öyrətmək vacibdir. Belə müsabiqələrin tez-tez keçirilməsi də, gələcək nəslin molli ruhda böyüməsinin təməlidir.
M. Seyidov